ONN İnformasiya Agentliyi

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi AÇIQLANDI

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi AÇIQLANDI
28 May 2020 - 2:30

Varlanmaq üçün iqtisadiyyatın ən perspektivli sahələrinin reytinqi açıqlanıb.

ONN media  xəbər verir ki, reytinq “Wealth-X” şirkəti tərəfindən tərtib edilib.

Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, varlanmaq üçün ən perspektivli sahə bank və maliyyə sferasıdır. Bu sahədə sahibkarların 30 faizi zənginləşib. İkinci yerdə 16 faiz zənginləşmə ilə xidmətlər sahəsi, üçüncü yerdə isə 7 faiz göstərici ilə qeyri-kommersiya və ictimai təşkilatlar yer alıb.

İlk beşliyi daşınmaz əmlak və səhiyyə sahələri tamamlayıb. Daşınmaz əmlak sahəsində işləyən sahibkarların 5,4 faizi, səhiyyə sahəsində 4,9 faizi zənginləşib.

Mütəxəssislər bildirib ki, gələcəkdə ABŞ və Çin biznes üçün ən əlverişli ölkələr olacaq. Bu ölkələrdə sahibkarlar artıq gənc yaşlarda varlanacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png