Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmaqda təqsirləndirilən Aqil Aslanov və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
ONN media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Aqil Aslanov 17 il, Ceyhun İsmayılov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.
Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər.
Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.
Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.
Faktla əlaqədar DTX-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq) 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 274-cü (dövlətə xəyanət), 276 (casusluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.



Qarabağda döyüşmüş terrorçuya hökm oxundu
Azərbaycanda terror törətmək istədi və...
Marketdə satıcının başına rezin dəyənəklə vurdu, sonra isə...
Gəncə hadisələrində təqsirləndirilən 7 nəfərə hökm oxundu - 81 il
Sərdar Babayevə 17 il cəza verildi
FHN-in keçmiş polkovnikinə hökm oxundu
Əvvəl taksiyə oturdu, sonra...
Məhkəmə Yunis Səfərovla bağlı QƏRAR VERDİ
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
Vilyam Hacıyevə hökm oxundu
Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 