Hazırlaşın 10 günə İnşaAllah Şuşaya gedirik. Bu sözləri atam deyəndə çox sevinmişdim. Fikirləşin 7 yaşlı bir uşaq adını eşitdiyi, valideyinlərinin ağız dolusu danışdığı, nənəsinin babasının mədh etdiyi bir şəhərə gedəcək. Həyəcanlanırdım, vaxtın keçməyini səbirsizliklə gözləyirdim.
1989-cu ildə dayım Rusiya ərazisində hərbi xidmətdə idi. O dövrdə artıq ermənilərlə problemlər başlamışdı. Bu səbəbdən dayımı Rusiyadan gətirmək lazım gəldi və atam ora gedəsi oldu.
İnanmaq çətin olar. Bəlkə də bu bir uşağın xəyal gücünün məhsuludur. Düşünürdüm, gecələr yerimə girəndə xəyallar qururdum. Xəyallarımda Şuşada gəzirdim. Elə fikirləşirdim ki, mənim həyacanlandığım kimi Şuşa da həyəcanlanır. Şuşada həyəcanla məni gözləyir. Necə ki mən ora getməyi gözləyirəm.
Amma alınmadı. Atamın Rusiyaya səfəri bizim istəyimizi ürəyimizdə qoydu. Sonra müharibə başladı, atam hərbi xidmətə getdi. Şuşa mənfur düşmənlərimiz tərəfindən işğal olundu.
Artıq böyümüşəm. 40 yaşım var. Şuşa artıq azaddır. Allahıma şükürlər olsun ki, ölmədən inşallah Şuşanı görəcəyəm. Mən hələ də 7 yaşlı oğlanın düşündüyünü düşünürəm ki, Şuşa məni gözləyir.



Aygün Bəylər: "15 yaşımda evdən qaçdım, yoxsa atam məni öldürəcəkdi"
Zəfər Günü paradı Şuşada olacaq?
Azərbaycanda ŞOK: Sevgilisini oğlunun toyuna gətirən yaşlı kişi GÖRÜN KİM İMİŞ
Alim Qasımov Şuşada Azan oxudu
"Birinci qardaşım, ikinci atam getdi" — Kərim
Prezident Şuşada yeni məscidin təməlini qoydu
Alim Qasımovun qızından ŞOK SÖZLƏR: “Mənə sillə vurdu”
İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
“Atam məndən imtina etdi” — Xalq artisti
Şuşada beynəlxalq konfrans keçiriləcək
Məşhur repçidən ETİRAF: "Atam məni qəddarcasına döyürdü"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 