Züleyxa NADİR, xüsusi olaraq ONN media üçün.
Hər il Ramazan ayı gələndə dünya müsəlmanları 30 gün oruc tuturlar. Oruc nədi? Bu sualın cavabını Azərbaycanda ibadət edən hər kəs bilir. Bəs, Allah onu niyə vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq gündüzlər ac qalıb axşamlar isə həmin günün yeməyini bir dəfəyə yeməkdi. Və guya bununla da Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. Allah deyir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Bəqərə surəsi, ayə 183). Əlavə şərhə gərək yoxdu, məncə. Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutumu var. Sadəcə bunu oxuyub dərk etmək lazımdı.
“Siz pis əməllərdən çəkinəsiniz” – ayədə belə deyir Allah. Bu, o demək deyil ki, yalnız ramazan ayında pis əməldən uzaq durmaq lazımdı. Yalnız oruc tutulan otuz gün müddətində yaxşılıq etmək, mərhəmət nümayiş etdirmək olar. Əslində Allah demək istəyir ki, xeyirxahlıq etmək, yaxşılıq sərgiləmək yaratdığı ali varlığın ən ali borcudur. Ramazan ayı insanlar üçün sınaq müddətidir. İnsan 30 gün nəfsi ilə ilə sınağa çəkilir. Nəfs təksə yeməkdən imtina etmək deyil ki?! Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi aydı. Ramazanda edilən yaxşlıqlar, ramazanda sərgilənən diqqət və qayğılar ən yaxşı, ən böyük əməldi. Amma bu əməllər 30 günlə məhdudlaşmamalıdı. Bu müddət ondan ötrüdür ki, insan ayılsın, ətrafına baxsın, yaxşını-pisi ayırd edə bilsin. Qəlbində azacıq da olsa mərhəmət duyğusu varsa, ürəyində bir balaca yaxşılıq gəzdirirsə, ədalət hissini itirməyibsə onları bir ömür “xərcləsin”. Yoxsa ki, on bir ay “əlini yumulu saxlayıb” ramazan ayı gələndə açmasın.
Bəşər övladı yaxşılıqdan yoğrulmuş duyğularla “silahlanıb”. Bu silahdan son nəfəsə qədər istifadə etmək, bir saniyə olsun belə əldən yerə qoymamaq lazımdı. O zaman heç bir pislik ona qalib gələ bilməz. Yaxşılıq “silahı” çox güclüdür. Amma biz bu gücdən istifadə edə bilirikmi? Xeyr. Bu, bizim yadımıza yalnız ramazan ayında düşür. Biz yaxşılıqları ramazana saxlayıb, qalan on bir ayda “kor atı minib köndələn çapırıq”. Gözləyirik ki, ramazan ayı gəlsin bir yetimin başına sığal çəkək, başqa bir acın qarnını doyuraq, kədərdən əyilmiş bir qamətin dik dayanmasına kömək edək, gözdən axan yaşı silək, çarəsiz bir xəstəyə dərman alaq, xoş sözlərlə bir-birimizin könlünü oxşayaq və s.
İlk baxışda xırda görünən bu davranışlar yaxşılığın ən unudulmaz elementləridi. İnsanın xırda bir yaxşı əməli onu gündəlik yaşam tərzində işığa doğru istiqamətləndirir, saflaşdırır, mənən zəngin edir. Böyük yaxşılıqlar isə insanı böyüdür, ucaldır. Yaxşı əməl sahibləri nə qədər ucada olsalar da heç vaxt başqalarına yuxarıdan aşağı baxmırlar. Onlar o ucalıqda da daha yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.
Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis əməl törətmək gözlərini o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana bilmirlər. Bəzən çalışsalar da ki, yaxşı bir iş görsünlər, yenə də alınmır. Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında inkişaf edib böyüyür. Onlar xilaskarını sancan əqrəb kimidirlər. Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidi. Bu, doğrudan da belədi. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdi, boyunbağıdı. Bu zəncirin bir halqası qırılsa da onu təmir etmək mümkündü. Amma pisliklər nə bir-birinə bağlanır, nə də təmir etmək olur.
Əslində din alimlərinin, özünü dindar, din xadimi, din adamı, İslam bilicisi adlandıranların bu məsələdə günahları var. Onlar yaxşılıqlar haqqında daha çox ramazan ayında danışır, oruc tutmağın fəzilətlərindən bəhs edirlər. Söylədiklərindən elə çıxır ki, yalnız ramazan ayında pis əməllərədən çəkinmək, ehtiyacı olanlar kömək etmək lazımdı. “Ramazan on bir ayın sultanıdı” deyib onu qalan on bir aydan üstün tuturlar. Əlbəttə ramazan ayının digər aylardan fərqi var. Amma Quranda bu ayın o biri aylardan üstün olması xüsusi vurğulanmır, sadəcə Kitabın Ramazanda nazil olması yazılır. Quran isə bütünlükdə insanların yolunu aydınlandıran Kitabdı. Quran insana yalnız ildə bir ay deyil, bir ömür kamil olmağı, fəzilət sərgiləməyi buyurur. Azərbaycanlı dindarlar hədislər vasitəsi ilə peyğəmbərin, imamların, digər İslam alimlərinin ramazan ayı haqqında fikirlərini söyləyirlər. Sözüm yoxdu, bunlarda da ibrətamiz fikirlər var. Amma onlar yaxşılıqlar barədə daha çox ramazan günlərində danışırlar. Qalan aylarda, günlərdə də oruc tutmaq, namaz qılmaq, baş bağlamaq və s. bu kimi məsələləri diktə etməyə çalışırlar. Halbuki yaxşılıq etmək üçün oruc tutmağa, namaz qılmağa gərək yoxdu.
Yaxşılığı “sandığa yığıb” ramazan ayına saxlamayaq, davamlı olaraq nümayiş etdirək...



Kimlər oruc tuta bilər?
Sabah Ramazan ayı başlayır
Oruc tutanların diqqətinə- İmsak vaxtı...
Bu şəxslərə oruc tutmaq OLMAZ! – Mütləq oxuyun
Müqəddəs Ramazan ayı başladı: İmsak və iftar vaxtları
Bu şəxslərə oruc tutmaq olmaz
Türkiyədə Ramazan bayramı təxirə salınır?
Oruc tutmaq koronavirusa qarşı ümmuniteti zəiflədir? – AÇIQLAMA
Ramazan ayı nəvaxt başlayır?
Şəban ayının qızıldan qiymətli 4 əməli
Orucun 6 sirri NƏDİR?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 