ONN İnformasiya Agentliyi

AŞPA – xəyanət unudulmur! – Cavid İSMAYIL yazır

AŞPA – xəyanət unudulmur! – Cavid İSMAYIL yazır
26 Yanvar 2024 - 17:14

Ermənilər torpaqlarımızı 30 il işğal altında saxladılar . Qız -gəlinlərimizin namusunu ləkələdilər. Körpə uşaqlarımızı diri-diri doğradılar, dəmir borulara doldurub qaynaq vurdular. Qoca-cavan demədən min bir müsibətlə insanlarımızı vəhşicəsinə qətlə yetirdilər. Qəbir evlərimizi darmadağın etdilər. Məscidlərimizi dağıtdılar, dağıtmadıqlarını tövlələrə çevirib milli və mənəvi dəyərlərimizi təhqir etdilər.

Cənab xaçlılar, siz isə bütün bunlara susdunuz! Özünüzü korluğa vurdunuz. Masa altından isə, ermənilərin bütün bu cinayətlərinə tam dəstək verdiniz.

Bəli, bu sizsiniz. Demokratiya, insan azadlığı, vicdan azadlığı, söz azadlığı pərdəsinə bürünmüş canilərsiniz. Bəli, bu gün Azərbaycanın zəfərini həzm edə bilmirsiniz. Bu gün Azərbaycan-Türkiyə, ümumilikdə TÜRK dövlətlərinin dirçəlişi, dədə kökə dayanıqlı inkişafını həzm edə bilmirsiniz və hər vəchlə açıq-aşkar xəbisliyinizi, qara niyyətinizlə silahlanaraq üzərimizə gəlirsiniz. Gəlin! Biz Türkük! Dünya sivilizasiyasının inkişafında müstəsna xidmətləri olan TÜRK!

Cənab xaçlılar, tarixin hansı dönəminə baxsaq, həyat bizim üçün asan, hamar, şəkərli-şirinli olmayıb! Bundan sonra da olmayacağına əminəm. Lakin, unutmayın ki bacarmayacaqsınız! Sizlər, elə ikili standartlarınızla öz qara xislətinizdə boğulacaqsınız.

Bəllidir ki, dünyaya satılmaq üçün gələn ermənilər, sizin babalarınızın Türk dünyasına qarşı yaratdığı məkrli – çox əsrlik strateji planın təməllərindəndir. Bəllidir ki, sizin marağınızda ermənilər deyil, dünyada var olduğunuz andan özünüzün mənfur maraqlarınız, qanlı- qeyri-insani siyasətiniz uğrunda apardığınız mübarizədir.

Bu gün Türkün siyasi arenada nailiyyəti və sizin çox əsrlik iy verən məkrli siyasətinizi qabaqlayaraq, mənfur planlarınızı yerinə yetirməyə macal verməməsinə bariz nümunə kimi, 7 fevral möhtəşəm bir tarixi gün olacaq.

Bəli, XXI əsr Türk əsridir! AŞPA- adı altında komuflyaj olunan xaçlılar, bunu heç unutmayın! Bizə dost olana uzunmüddətli yeni dönəmin masası arxasında yer ola bilər! Dost olmayan isə, qarşımızda olacaq ki, bunu isə sizin öz törəmələriniz gələcəkdə sizə bağışlamayacaq!

Bizim isə yolumuz bəllidir. Qızıl Almaya doğru, İLHAMla irəli!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png