ONN İnformasiya Agentliyi

DƏYƏRLƏRİMİZİN DƏYƏRİNİ BİLƏK, ƏFƏNDİLƏR! – Cavid İSMAYIL yazır

DƏYƏRLƏRİMİZİN DƏYƏRİNİ BİLƏK, ƏFƏNDİLƏR! – Cavid İSMAYIL yazır
12 İyul 2021 - 16:03

Hər birimizə bəllidir ki, dədədən Türkün  bir əlində qılınc, o biri əlində isə saz olub. Musiqi Türkün ruhundadır. Musiqi insana Vətəni də sevdirir, Dövlətçiliyini də. Musiqi ruhun qidası olaraq o ruhu Milli kimliyə bağlayır və Vətənin hər qarış  torpağının, hər daşının mamırına çevirir.

Gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan ən vacib istiqamətlərdən biri də Vətənpərvərlik mövzusunda olan musiqi əsərləridir.

Hərbi vətənpərvərlik əxlaqından-tərbiyəsindən söhbət açarkən ilk olaraq hər bir Vətən oğlunun yadına təbii olaraq qan yaddaşımız olan Qarabağ mövzusunda yazılmış əsərlər yada düşür. 

Bu günlər mənfur düşmənin Tovuz istiqamətində hücuma keçərək Polad generalımız olmaqla digər qəhrəman oğullarımızın Şəhidlik  zirvəsinə ucalması  gününə təsadüf edir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

Mən də çoxsaylı vətəndaşlar kimi o zamanlar  da tv və radiolarımızı tənqid edərək, Vətənpərvər mahnılara və verilişlərə üstünlük vermələrini  tələb edirdim. Niyə? Çünki  o musiqilərdə yuxarıda qısaca sadaladığım və sadalamadığım digər məqamlara çağırış var

Mən bu yazımda konkret bir musiqidən deyil, bir bəstəçidən söz salmaq istəyirəm. Daha dəqiq, hər birimizin ruhuniu qidalandıran, milli kimliyə bağlayan, Vətən naminə ruhlandıran, igid əsgərlərimizi, qəhrəman oğullarımızı vəsf edən “Cənab Leytenant”, “Qurban Türkün Bayrağına”, “Dövlət mənəm!”,  “Vətən Əmanəti”, “İgid Əsgər möhkəm dayan”, “Çağırır Vətən”, “Gedirəm Zəngilana”, “Səma Şahinləri”, “Salam Dar Ağacı” və s. mahnıların bəstəçisi Şahin Musaoğlundan.

Elə bu günlərdə Şahin Musaoğlunun doğum güni idi. Bəstəçinin bioqrafiyasına bir nəzər saldım. Məni hiddətləndirən bir məsələ oldu. Elə bu məsələni də nəzərinizə çatdırmaq istəyirəm.

Bizim olmayan, amma  bizə sırımağa çalışılan bəzi musiqilər var ki, onların “bəstəçi”lərinə,  milli dəyərlərdən uzaq olan bir sıra insanlara müxtəlif fəxri adlar verilib.  Sual doğurur, elə son 30 illik tariximizə nəzər salanda görərik ki, səngərdə yatan əsgəri də, düşmən üstünə getməyə, canını Vətən uğrunda qurban verən əsgərlərimizi dediyim amal uğrunda kökləyən, Xalqı birliyə-bərabərliyə, Dövlətinin yanında olmağa səsləyən, milli kimliyə bağlılığa yönləndirən çoxsaylı musiqilərin bəstəçisinin  fəxri adı yoxdur. Sual çıxır, NİYƏ?!

Dillərdə əzbər olan və dəyərlimiz Şəmistan Əlizamanlının ifasında yorulmadan dinlədiyimiz “Cənab Leytenant”, “Qurban Türkün Bayrağına” və  digər  əsərlərə  görəmi? Və ya, hər an, Vətən uğrunda yaşama hüququndan keçməyə hazır olan əsgərin soyuq səngərlərdə zümzümə etdiyi “İGİD ƏSGƏR, MÖHKƏM DAYAN” musiqisinə görəmi?

Fəxri adları təsdiqə təqdim edən yetkililər, fəxri ad alamaq üçün Şahin Musaoğlu nə yazmalıdır?

Nəyə görə hər notundan Vətən səslənən, hər akkordundan Dövlətçilik səslənən bəstələrin müəllifi fəxri ad almamalıdır?!

Onu da qeyd edim ki, bu yazıda Şahin Musaoğlu mövzusuna toxunsam da, bu mövzu ümumilikdə çox ağrılı yerimizdir və zamanında qiyməti verilməyən dəyərli ziyalılarımız əfsuslar olsun ki, hələ də çoxdur.

Dəyərlərimizin dəyərini bilək, əfəndilər!

Şahin Musaoğlu
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png