"Lənkəran-Astara bölgəsinin torpaq-iqlim şəraitində yeni çay və limon sortlarının yaradılması üçün tədqiqatlar aparılır".
ONN media Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məruzə edən Elmi mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev deyib.
F.Quliyev ölkəmizdə çay plantasiyalarının məhsuldarlığının və keyfiyyətinin yaxşılaşdırılması, Lənkəran-Astara bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitində çayın yeni sort və kollarının yaradılması, onların təsərrüfatlara təqdim edilməsi kimi məsələlərin elmi mərkəzdə əsas elmi məqsəd kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, hesabat ilində klon seleksiyası üzrə tədqiqat işləri aparılıb, toplanmış nümunələr əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində çayların keyfiyyət göstəricilərinin yüksək olduğu müəyyənləşdirilib.
Aparılan digər tədqiqat işlərinin Lənkəran limon sort-formaları ilə əlaqədar olduğunu deyən F.Quliyev tədqiqat məqsədinin yerli şəraitdə az yayılmış sortların morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, bərpa edilməsi, bu sortların müasir seleksiya baxımından qiymətləndirilməsi, keyfiyyət göstəricilərinə görə yeni sortların seçilməsi və yaradılması olduğunu bildirib.
Elmi mərkəzin rəhbəri cənub-şərq regionunda tapılmış eramızdan əvvəl I əsr və eramızın XVIII əsrinə aid sikkələrin tədqiqi regionun numizmatikasının öyrənilməsi istiqamətində böyük irəliləyişə səbəb olacağını da deyib: "Bölgədə tapılmış sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək elmi dövriyyəyə daxil edilib. Tədqiq olunan dövrdə bölgənin ictimai-siyasi və sosial-iqtisadi durumu ilk dəfə olaraq sikkə tapıntıları əsasında şərh edilib".



Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat verilir 5000 manat
Azərbaycanda yeni yemiş sortları yaradıldı
AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirildi
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru işdən çıxarıldı
Mərkəzi Elmi Kitabxanaya yeni direktor TƏYİNATI
AMEA-da iki vacib təyinat
AMEA-da yeni kadrlar təyin edilib
Dadaş Hüseynova yüksək vəzifə verildi
Ramiz Mehdiyev yeni direktor təyin etdi
AMEA "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi
Bu gün Cəlal Əliyevin doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 