ONN İnformasiya Agentliyi

Dünyadakı çimərliklərin yarısı su altında qala bilər – ARAŞDIRMA

Dünyadakı çimərliklərin yarısı su altında qala bilər – ARAŞDIRMA
03 Mart 2020 - 21:29

XXI əsrin sonuna yaxın qlobal istiləşməyə görə qum çimərliklərinin yarısı dəniz səviyyəsinin qalxması ilə əlaqədar su altında qala bilər.

ONN media xəbər verir ki, bu nəticəyə İtaliya, İspaniya, Portuqaliya və Niderlandın alimləri gəlib.

“Qum çimərlikləri fırtına və sellərə qarşı müdafiənin ön xəttidir, çünki onlar şiddətli külək və güclü dalğaların qarşısını kəsirlər”, – araşdırmanın müəllifləri bildirib.

Alimlərin fikrincə, XX əsrdə dəniz səviyyəsi 17 santimetr qalxıb, XXI əsrin sonunadək isə daha 65 santimetr qalxa bilər. Bunun fəsadları sahilyanı bölgədə yaşayan, demək olar ki, milyard insana toxunacaq.

Dəniz səviyyəsinin qalxması, ilk növbədə, ada dövlətlərə, uzun sahil xətti olan ölkələrə və alçaq səviyyədə olan ərazilərə (məsələn, Banqladeş və Niderland) təsir edəcək.(report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png