ONN İnformasiya Agentliyi

Virus yayıldı, ardınca yadplanetlilərin hücumu olacaq… – Planeti gözləyən DƏHŞƏTLİ GƏLƏCƏK

Virus yayıldı, ardınca yadplanetlilərin hücumu olacaq… – Planeti gözləyən DƏHŞƏTLİ GƏLƏCƏK
23 Aprel 2020 - 19:09

Koronavirusun dünyanı gözümüzün önündə dəyişdirdiyi vaxt Eynşteyndən sonra ən dahi fizik hesab olunan, 2018-ci ildə vəfat etmiş Stiven Hokinqin sözləri gündəmə gəlir.

ONN media xəbər verir ki, Hokinq süni intellektin, yəni robotların bəşəriyyətin sonunu gətirəcəyini düşünürdü.

Bu gün koronavirusdan sonrakı dünyada süni intellektin insan əməyini əvəz edəcəyi, insanların tədricən robotlarla əvəz ediləcəyi haqda danışılır.

Hokinqə görə, dünyanın sonunu atroidlərin düşməsi, iqlim dəyişikliyi, nüvə müharibəsi və geni dəyişdirilmiş viruslar gətirə bilər. O, qarşıdakı 100 ilin dünyanın taleyi üçün vacib dövr olduğunu hesab edirdi. Amma ölümündən cəmi iki il sonra virusun yayılması “dünyanın sonunun başlanğıcı” kimi görünür.

“Yadplanetlilər Yerdəki sərvətləri ələ keçirmək üçün dünyamızı talan edə bilərlər. Əgər yadplanetlilər bizi ziyarətə gələrsə, Kolumbun Amerikaya ayaq basması kimi olacaq. Bu, yerli amerikalılar üçün heç də yaxşı olmamışdı”, – Hokinq bildirirdi.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png