ONN İnformasiya Agentliyi

Ən yaxşı smartfonların reytinqi MƏLUM OLDU

Ən yaxşı smartfonların reytinqi MƏLUM OLDU
29 Sentyabr 2019 - 20:15

Business Insider nəşri qiymətlər və qurğuların funksiyalarını nəzərə almaqla ən yaxşı smartfonların reytinqini açıqlayıb.

ONN media bildirir ki, Çinin “OnePlus 7T” smartfonu siyahıya başçılıq edir. O, Business Insider-in rəyinə görə, Android qurğuları arasında məhsuldarlığına görə ən yaxşıdır, gözəl dizayna, əla kameraya və yaxşı avtonomluğa malikdir.

“Apple”in “iPhone 11” telefonu reytinqdə ikincidir. Onun əla, 6.1 düymlük ekranı, güclü prosessoru, həmçinin kamerası var.

“OnePlus”ın “7Pro” adlı modeli isə üçüncü yerdə qərarlaşıb. Nəşr bildirir ki, bu qadcet məhsuldar prosessoru, yaxşı kamerası, eləcə də ən sürətli əl izləri və üz tanınması funksiyaları ilə seçilir.

Dördüncü yerə nəşr “Google” korporasiyasının “Pixel 3a” və “Pixel 3a XL” qadcetlərini layiq görüb. “OnePlus – 6T” smartfonu reytinqin beşinci sırasındadır.

Bunlardan savayı, siyahıya “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy Note 10 Plus”, “Samsung Galaxy S10” və “Galaxy S10 Plus”, eləcə də “iPhone 11 Pro” və i”Phone 11 Pro Max” smartfonları da daxil edilib.(Sputnik Azərbaycan)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png