Artıq çərəzlərin yetişmə zamanıdır. Sağlamlığımıza faydalı qoz, fındıq və şabalıddan istədiyimiz qədər dada bilərik.
Xüsusilə də bunlar arasında şabalıd bolluca lif, mineral, faydalı yağ turşuları, vitamin, qidalandırıcı və antioksidant maddələrlə zəngindir.
ONN media lent.az-a istinadən sizə şabalıdın inanılmaz faydaları barədə məlumat verir.
- Şabalıd liflə zəngin olduğu üçün diabetin qarşısının alınmasında çox təsirlidir. Həmçinin, qan şəkərinin daha yavaş yüksəlməsini təmin edir.
- Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
- Sümüklərdə mineralların səviyyəsini artırır.
- Tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
- Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
- Antioksidant xüsusiyyəti sayəsində xərçənglə nəticələnə biləcək hüceyrə mutasiyalarının qarşısını alır.
- Potasium sayəsində bədəndə su axımını tənzimləyərək təzyiqi normallaşdırır və infarktı aradan qaldırır.
- Tərkibində olan faydalı yağ turşuları da xolesterolu normallaşdırmağa kömək edir, qan laxtalanmasının yaranma ehtimalını azaldır.
Şabalıd yeyərkən yalnız bu məqama diqqət etmək lazımdır ki, ona qarşı allergiyanız olmasın. Bu zaman şabalıd sizin üçün təhlükəli bir qidaya çevrilə bilər.



Yaddaşı gücləndirir, sinirləri qoruyur... - ŞABALIDIN BİLMƏDİYİNİZ FAYDALARI
Qara əncirin inanılmaz faydaları
Qan şəkərini tənzimləyir, immuniteti gücləndirir - QARA ƏNCİRİN FAYDALARI
Brokolinin inanılmaz faydaları
Qarğıdalı hansı xəstəlikləri aradan qaldırır?
Bu qidalar yaddaşı gücləndirir
Yaşıl bananın faydaları nədir?
Ac qarına yaşıl alma yeməyın inanılmaz faydaları
Alçanın bilmədiyiniz faydaları
İmmuniteti necə gücləndirək?
Sizə hansı vitaminlər lazımdır?
Çiyələyin az bilinən FAYDALARI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 