Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəklərindədir.
Balakən rayon sakini İlqar Məmmədov 40 ildir ki, arıçılıqla məşğuldur. O, uşaq yaşlarından bu işin sirlərini öyrənməyə başlayıb. Bir arı pətəyi ilə başladığı arıçılıq sahəsini hazırda 70-dən artıq arı ailəsi ilə davam etdirir. O, həmişə standart yox, yeni formalı pətəklər düzəldib. Dülgərliyi də bacaran arıçı bütün arı pətəklərini özü hazırlayır.
Öz arı məhsullarını müştərilərə fərqli formada təqdim etməyi xoşlayan arıçı yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı pətəkləri düzəldib. Ərsəyə gətirdiyi maraqlı pətəklərin hər birində xüsusi məna olduğunu bildirir.
Belə təbii pətəklərdə olan bal isə adilərdən xeyli baha qiymətə satılır. Kiloqramı 50-80 manat arasında alıcılara təklif olunur. Sadəcə ləçək formasında olan arı pətəyini almaq üçün bir maşının pulunu ödəmək lazımdır.
Arıçı hər il təxminən 800 kiloqrama qədər bal istehsal edir ki, bunun da 500 kiloqramını süzülmüş, 300 kiloqramını isə şanı ilə satışa çıxarır. O, yeni ideyalarının olduğunu və gələcəkdə bunu gerçəkləşdirməyə çalışacağını deyir. (Xəzər Xəbər)
[embed]http://www.youtube.com/watch?v=dMuI_AX8eAY[/embed]



Bakıda marketdə biyabırçılıq- 10 manata çörək?
Fantastik qiymətə nömrələr satılır
Azərbaycanda alçanın 1 kiloqramı ŞOK QİYMƏTƏ SATILIR
Bakıda bu meyvənin kilosu 80 manata satılır - VİDEO
Bakıda 426 manata sirkə satılır - FOTO
Bakıda bal yarmarkası başladı: qiymətlər necədir?
Bakıda 49 manata dönər satılır - VİDEO
Təbii daşların insana XEYİRİ və ZİYANI - VİDEO
Qızıl basdırmanın 1 kiloqramı 167 manatdır
Azərbaycanda 1 manatlıq 1000 manata satılır - SƏBƏBİ İSƏ...
Azərbaycanda quzu ət ucuzlaşdı
Bakıda inanılmaz qiymətə samavar satılır
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 