Amerikada aparılan bir araşdırmaya görə, cütlüklər əl-ələ tutmaqla bir-birlərinin fiziki ağrılarını azalda bilirlər.
Elm adamları toxunmaqla keçən anlaşılma hissinin ağrını azaldan kimyəvi maddələrin istehsalını artırdığını, əl-ələ tutan cütlüklərin ürək ritmlərinin və nəfəs almalarının bir müddət sonra sinxron təkrarlandığını ortaya qoyub.
ONN media bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır.
Sevdiyimiz şəxsin əlini tutmaq, dəriyə basılan isti bir dəmirin ağrını uyuşduracağı kimi bir təsir göstərir. Elm adamları bu vəziyyətin özünü onun yerinə qoyma hissindən qaynaqlandığını bildirir.
Əl-ələ tutmaq ağrını necə azaldır?
Bu tapıntının ilham qaynağı həkim Pavel Goldsteinin qızıdır. 4 il əvvəl həyat yoldaşını qızını dünyaya gətirən zaman rastlaşdığı hadisə onu bu araşdırmanı aparmağa sövq edib: “Yoldaşımı rahatlatmaq üçün nə edə biləcəyimi düşünürdüm. Uzanıb əlini tutdum və işə yaramış kimi göründü. Daha sonra bunu laboratoriya şəraitində test etmək istədim".
Beləliklə, Goldstein beyinlərin cütləşməsinin ağrı üzərində təsirinə dair ilk araşdırmanı həyata keçirir. Araşdırma "şəxslərarası sinxronizasiya" işlərinin bir hissəsi olaraq aparıldı və nəticələri ABŞ Beynəlxalq Elmlər Akademiyasının “PNAS” adlı mətbu orqanında yayımlanıb. Goldstein bildirir ki, ağrı cütlüklər arasındakı sinxronu pozur, amma toxunmaq bunu geri gətirir.
Ağrını yüzdə 34 faiz daha az hiss etdilər
Daha sonra həkim 23-32 yaşlı 22 cütlük arasında araşdırma aparıb. Partnyorları əllərini tutarkən, ya da fiziki təmas olmadan yanlarında oturarkən qadınların qollarına isti bir dəmir parçası toxundurulur. Partnyorunun əlini tutan qadınlar ağrını təxminən yüzdə 34 faiz daha az hiss edib. Araşdırma qrupunun qənaətinə görə, ağrının azalmasının böyük səviyyədə duyğusal yaxınlıqla əlaqəli olduğu düşünülür: “Partnyorun özünü onun yerinə qoyma hissi nə qədər güclüdürsə, əl-ələ tutmağın ağrıkəsici təsiri də o qədər güclü olur”.



Əl-ələ tutmaq fiziki ağrını yüngülləşdirir
Yanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsulları
Oruc tutmağın faydaları nələrdir?
Bu şəxslərə oruc tutmaq olmaz
Rusiyadan Yaponiyaya daha bir QADAĞA
Yer fındığının inanılmaz FAYDASI: Müntəzəm qəbulu...
Çərəzin insan orqanizminə inanılmaz faydası
Oruc tutan insan bu xəstəliklərdən qorunmuş olur - Alimlərin araşdırması
Orucun xərçəngə qarşı inanılmaz faydası - Şok faktlar
Ramazanda baş ağrısını dərmansız yox etməyin ÜSULLARI
Qucaqlaşmağın inanılmaz - 11 FAYDASI
Oruc tutanların diqqətinə- İmsak vaxtı...
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 