ABŞ-da sahib 14 il ayrılıqdan sonra pişiyini tapıb.
ONN media xəbər verir ki, qovuşma haqqında “USA Today” nəşriyyatı yazıb.
Florida ştatının Fort-Pirs şəhərindən olan Perri Martin 14 il əvvəl Tomas Younger və ya T2 ləqəbli pişiyini itirib. Perri o vaxt dağıdıcı bir qasırğa səbəbindən başqa bir şəhərə köçmək məcburiyyətində qalıb.
O, özü ilə ev heyvanını götürüb, lakin köçdükdən sonra pişik qaçıb. Axtarış heç bir nəticə verməyib və sahib güman edib ki, Toması maşın vurub.
O vaxtdan bəri Perri bir neçə dəfə köçüb, lakin daha sonra məmləkətinə qayıdıb. Heyvan sığınacağının əməkdaşı Toması küçədən götürüb, sığınacağa göndərib və onun barəsində axtarış aparıb.
İşçilər çox təəccübləniblər ki, pişiyi 14 ildə heç kim götürməyib, baytarlara və ya sığınacaqlara göndərməyib.
Nəticədə, 60 yaşındakı Perriyə 16 il əvvəl pişiyin çipini çəkən baytar zəng edib və tapıldığını deyib. Adamın sözlərinə görə, “xoşbəxtlikdən göyün yeddinci qatında”dır, o, bütün bu illərdə pişiyin nə etdiyini bilmək istəyir:
“Heç olmasa, ona 15 dəqiqə danışmaq qabiliyyəti verilsəydi və o, başına gələnlər barədə danışmağı bacara bilsəydi, yaxşı olardı. Yəqin ki, o da məndən soruşardı: “Ata, niyə mənim üçün qapını açmadın?”, – deyə sahibi bildirib.
Əvvəlcə pişik qida və sudan imtina edib və günün çox vaxtını yatıb. Lakin sahibi ilə qovuşmasından on gün sonra heyvan yavaş-yavaş onu xatırlamağa başlayıb:
“Mən mütləq elə edəcəyəm ki, o, ömrünün sonuna kimi rahat yaşasın. Onun sümükləri çıxır və 18 yaşındadır, amma hələ də mənim T2-dir”, - deyə Perri bildirib.



ABŞ naziri İSTEFA VERƏCƏK
Məşhur aktyor DÜNYASINI DƏYİŞDİ
Pişik rentgen cihazına salındı - Nəticə baytarları ŞOKA SALDI
İtkin düşən pişik 11 il sonra geri döndü
Məşhur cütlüyün toyu təxirə düşdü - SƏBƏBİ İSƏ...
Narko-kuryer pişik ƏLƏ KEÇDİ
Dünyanı dəhşətə gətirən virus bu ölkədə də çıxdı
ABŞ-dan Azərbaycana önəmli dəstək
Pişik görün politoloqu necə vəziyyətə saldı - VİDEO
Ukraynada əhaliyə çağırış- SIĞINACAQLARA GEDİN
Pişiyin əlini cırmaqladığı qadın ÖLÜMDƏN DÖNDÜ
Bu pişik 10 milyona satışa çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 