Xoşbəxt ailə xoşbəxt gələcək deməkdir. Xoşbəxt gələcəkdə isə gözəl, sevgi dolu uşaqlar böyüyür. Bəzən ailələr övladlarını qız və oğlan olaraq iki qrupa ayırır. Lakin, bu dəfə biz bu ailələrdən deyil, övladlarını cinsiyyət ayrımına görə yox, varlığına görə sevən ailələrdən, xüsusilə də ata və qızlardan danışacayıq. Əgər sizin də evinizdə qız övladınız varsa, bu yazını daha diqqətli oxuyun.
Beləliklə, qız atalarının bilməli olduğu 8 maraqlı faktı diqqətinizə çatdırırıq
1. Qız uşağına sahib olan ataların qızlarına göstərmələri lazım olan bəzi davranışlar var. İlk öncə onlar bilməlidir ki, qızlar oğlanlara nisbətən daha həssas olurlar. Onlar daim sevgi, qayğı, sığal gözləyirlər. Siz onların nağıl qəhrəmanısız, nağıllar isə hər zaman xoşbəxt sonluqla bitir.
2. Evdə ilk olmaq qızların ən böyük arzusu olur. Xüsusilə qız uşaqları atalarından bir az soyuq və laqeyd münasibət gördüyündə küsürlər. Hətta sırf buna görə anası ilə mübahisə edən uşaqlar belə var. Qızların psixologiyası hər yaşda qısqanclığı alqılayır. Buna görə siz də qızınızı çox sevdiyinizi həm cümlələrlə, həm də davranışlarınızla göstərin.
3. Qızınızın sevdiyi oyunları birgə oynayın. İşdən evə yorğun gəlib dincəlmək üçün bir kənara çəkilməyin. Qızınız bəlkə də saatlarla sizin qapıdan içəri girib, onu “qızım” deyə səsləyib, əzizləməyinizi gözləyir. Onunla bacardığınız qədər çox vaxt keçirin. Qızlar atalarına düşkün olur.
4. Qızlar gələcəkdə həyatını paylaşacağı adamın atasına bənzəməsini arzu edir. Özünə seçəcəyi həyat yoldaşında sizi tapa bilməsi üçün bəzən onunla açıq danışmaqdan çəkinməyin.
5. Qızlarınıza həyatın al-əlvan rənglərdən fərqli olmasını da izah edin. Həyata bir gün gələn bir gün gedir. Onlara həyatın yalnız çəhrayı rənglərdən ibarət olmadığını başa salın.
6. Onunla dost olmağa çalışın. Qoyun bütün sirlərini sizə danışsın. Əks halda, siz onu ətrafdan müdafiə edə bilməyəcəksiz.
7. Doğru da etsə, səhv də etsə, onun yanında olduğunuzu daim hiss etdirin. Sevginizlə ona düz yolu göstərin, şiddətlə deyil.
8. Etdikləri səhvlərə görə qaşqabaq tökməyin və bağışlamağı bacarın.



Tez evlənmək sağlamlığa xeyirdir - Alimlərdən MARAQLI KƏŞF
İlham Əliyev Xoşbəxt Yusifzadəni təbrik etdi
Daha xoşbəxt və sağlam münasibət üçün 4 ipucu
Bunları etməsəniz XOŞBƏXT ola bilərsiniz — 10 vərdiş
Xoşbəxt münasibətin sirri nədir?
Kişilər qadınların hansı davranışlarından bezirlər?
Aprel ayı bu 3 BÜRCƏ bol şans gətirəcək - PUL, EŞQ VƏ...
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi
Bu bürclərin nikahı mümkün deyil - VİDEO
İnsanın ən xoşbəxt olduğu yaş
Dünyanın ən kədərli iti internet fenomeni oldu
Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verildi - SƏRƏNCAM
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 