İran hökmdarı Rza şah Pəhləvinin mumiyasının Tehran şəhəri yaxınlığında yerləşən Şeyx Əbdüləzim türbəsində aşkar edilib.
ONN media "Report" -a istinadla bildirir ki, Tehran İslam şurası mədəni irs və turizm komitəsinin sədri Hasan Xəlilabadi bu mumiyanın Rey şəhərində yerləşən türbədə genişləndirmə işlər aparılan zaman tapıldığını bildirib.
Mumiya türbənin qərb hissəsində aşkar olunub. Onun Rza şah Pəhləviyə aid olduğu iddia edilir.
Rza şah Pəhləvi 1925-1941-ci illərdə İranda hökmdarlıq edib. O, pəhləvilər sülaləsinin banisidir. Qacar sülaləsinin son padşahı Əhməd şah Qacarı devirib və Pəhləvilər sülaləsinin hakimiyyətini qurub.
Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində doğulub. Atası Abbas Əli Savadkuhda hərbçi (polkovnik), anası Nüşafarin Zəhra Qafqazlı mühacir olub.
1941-ci ilin avqustunda sovet qoşunları şimal-qərbdən, ingilislər cənubdan İran ərazisinə daxil olub. Həmin il faşist Almaniyası ilə əlaqə saxladığı üçün Rza şah taxtdan salınıb yerinə oğlu Məhəmməd Rza Pəhləvi gətirildi.
O, 1944-cü il iyulun 26-da Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində ölüb. Ölümündən sonra onun Misirdə mumiyalanaraq Qahirədəki Al-Rifanın məscidində gizlədildiyi, 1950-ci ildə isə Rey şəhərində dəfn olundğu iddia edilir. 1979-cu il fevral inqilabından sonra Rza Şah Mavzoleyi ayətullah Xomeyninin göstərişi ilə dağıdılıb.



Şah Pəhləvi ailəsi İranda etirazçılara DƏSTƏK VERDİ: "Hazırda hakimiyyətdə..."
İran üzərindən uçuşlar dayandırıldı
İranda kimyəvi anbarda güclü yanğın olub
İranda 1 milyondan çox insan etiraza qalxdı - SƏBƏB?
İranda casus şəbəkəsi aşkar edilib
İranda neft şirkətinin anbarı yanır
İran Fransa səfirinə nota verdi
İran İstanbul sammitinə niyə dəvət edilmədi?
İranda gəmi batdı- YARALILAR VAR
İranda metroda güclü yanğın baş verib
İranda bir gecədə 261 nəfər həbs edildi
İran rəsmisi Rusiyaya xəbərdarlıq etdi
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 