Bəzi hallarda valideynlər övladlarına onların gələcəyini düşünmədən uğursuz adlar qoyurlar. Yaxşı ad seçimi isə valideynin övladına ən gözəl hədiyyəsidir.
Adlarımız həyatımız boyu ən çox eşitdiyimiz sözdür. Bu sözün yaxşı səslənməsi, müsbət aura yaratması çox önəmlidir. Əslində, övladlarımıza verdiyimiz adlar valideynlərin gələcəkdə onların taleyini necə görmək arzusunun təzahürüdür. Bugünkü dövrümüzdə adlarını dəyişmək arzusunda olanlar da az deyil. Qanunvericiliyə əsasən, 18 yaşı tamam olan hər bir vətəndaş öz adını, ata adını və soyadını dəyişdirə bilər.
Bəs görəsən, insanlar ad dəyişiminə necə münasibət bildirirlər?
"Elə adlar var ki, doğrudan da dəyişdirilməlidir. Bəzi cavanlar onlara qoyulan ada görə utanırlar. Bir də uşaqlara qısa ad qoymaq lazımdır ki, çağıranda qısaltmasınlar", - Baku TV-nin mövzu ilə bağlı keçirdiyi sorğu zamanı sakin deyib.
Sosioloq Yusif Nəbiyev isə insanların adlarını dəyişmək səbəblərinin müxtəlif olduğunu söyləyib:
"İlk ağla gələn səbəb insanın öz adını bəyənməməsidir. Bəzən uşaqlara Xətkeş, Traktor kimi anormal adlar qoyurlar. Onlar da öz adlarını dəyişmək istəyirlər. Mənfi kredit tarixçəsi olan şəxslər də adlarını dəyişə bilirlər ki, bankda qara siyahıdan çıxsınlar".
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na əsasən, vətəndaş ərizə ilə müraciət etməlidir. Ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi, şəxs nikahdadırsa, nikah haqqında şəhadətnaməsi, şəxsin nikahı pozulubsa, pozulması haqqında şəhadətnamə, şəxsin yetkinlik yaşına çatmayan uşaqları varsa, onların doğum haqqında şəhadətnamələri, şəxsiyyətini təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti, hərbi biletin notarial qaydada təsdiq edilən surəti, 3x4-ə ölçüdə 2 ədəd fotoşəkil və rüsumun ödənilməsinə dair sənədləri olmalıdır.
"Dövlət rüsumu haqqında" Qanuna əsasən adın, soyadın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə dövlət rüsumu 15 manatdır



Yenidoğulanlara qoyulan adlar arasında bu adlar birinci oldu
Ötən il Azərbaycanda uşaqlara qoyulan qəribə adlar - Balış, Diliş, Dərdayıl, Gil
YENİ QANUN: Vətəndaşlar ata adlarını dəyişə biləcəklər
Bu adların qoyulması QADAĞAN EDİLDİ - SİYAHI
Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Valideynlərinin körpələrinə qoymaq istədikləri - Qəribə adlar
Apreldə uşaqlara ən çox hansı adlar qoyulub? - SİYAHI
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu ilin üç ayında uşaqlara ən çox qoyulan adlar açıqlanıb - SİYAHI
Azərbaycanda körpələrə qoyulan YENİ ADLAR - SİYAHI
Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 