Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus Verner İohannisi təbrik edib.
ONN media məktubun mətnini təqdim edir:
“Hörmətli cənab Prezident, Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.
Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. İnanıram ki, Azərbaycan ilə Rumıniya arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvilərdə əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.



İlham Əliyev Rumınıya prezidentini təbrik edib
İlham Əliyev rumın prezidenti təbrik etdi
İlham Əliyev Rumıniya prezidentinə məktub göndərdi
İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
İlham Əliyev Sisini təbrik edib
İlham Əliyev Zelenskini təbrik etdi
İlham Əliyev bu ölkə prezidentlərini təbrik edib
İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi
İlham Əliyev Peru prezidentini təbrik etdi
İlham Əliyev Konqo prezidentini təbrik etdi
İlham Əliyev Moldovanın prezidentini təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 