Sakit okeanda 11 mindən çox əhalisi olan Tuvalu dövlət statusunu itirmək ərəfəsindədir.
ONN media xəbər verir ki, 9 mərcan adasında yerləşən ölkə iqlim dəyişikliyi səbəbindən su altında qalacaq. Buna görə də, ölkədən kütləvi miqrasiya baş verəcək. Bildirilir ki, ölkədəki bütün mülklər miras kimi qorunmaq üçün qeydə alınır. Alimlər 2100-cü ilə qədər ölkə ərazisinin 95 faizinin su altında qalacağını proqnozlaşdırırlar. Tuvalu hökuməti ölkənin gözəlliyini, mədəniyyətini və vətəndaşlarının qanuni hüquqlarını gələcək nəsillərə qorumaq üçün "Rəqəmsal Millət" layihəsinə başlayıb. Bu çərçivədə ölkənin binalarından tutmuş təbii gözəlliklərinə qədər hər şey rəqəmsal mühitə köçürülür və "metaverse"də virtual dünya qurulur. Virtual aləmdə sərhədlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, Tuvalu hökuməti fəaliyyətini davam etdirə bilmək üçün rəqəmsal pasportlar paylayacaq. Bu pasportlar vətəndaşlara seçkilərdə və referendumlarda iştirak etmək və bir çox digər rəsmi əməliyyatları rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Tuvaluda torpaqlarını itirdiyi təqdirdə vətəndaşların harada yaşayacağına dair də müqavilə var. Avstraliya-Tuvalu arasında imzalanan müqavilə tuvalulara mərhələli şəkildə Avstraliyaya köçmək imkanı verir. Avstraliya su altında qalacaq tuvaluluları təxliyyə etməyi və onlara vətəndaşlıq verməyi təklif edib.
Qeyd edək ki, Tuvalu öz ərazisini itirməklə beynəlxalq hüquqa görə dövlət statusunu da itirə bilər. Beynəlxalq hüquqa görə, dövlət olmağın şərtlərindən biri də müəyyən edilmiş ərazilərin olmasıdır. Hökumət ölkələri iqlim dəyişikliyinə görə ərazisini itirsə belə, Tuvalunu bir dövlət kimi tanımağa çağırır.



Azərbaycanda elektron tibbi reseptlər olacaq
İranda dövlət qurumlarının fəaliyyəti dayandırıldı
Yeni nəsil “Asan İmza” kabineti istifadəyə verildi
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin SİYAHISI genişlənib
ABŞ-dan XƏBƏRDARLIQ: "Bu ölkəyə getməyin!"
Bu ölkələr tezliklə Yer üzündən YOX OLACAQLAR
Birbank yenidən ən çox istifadə olunan platforma oldu
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
Avqustun 13-dən bu qərar qüvvəyə minir
4 ölkə üçün sunami xəbərdarlığı edildi
Prezident anlaşma memorandumunu təsdiqlədi
Rusiya XİN ABŞ-a ETİRAZ NOTASI VERDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 