ABŞ prezidenti Donald Tramp "Apple" şirkətini iPhone istehsalını Birləşmiş Ştatlarda həyata keçirməyə məcbur etsə, bu smartfonların qiyməti üç dəfə arta bilər.
Məlumata görə, iPhone-ların ABŞ-də istehsal olunacağı halda qiyməti təxminən 3500 dollara (5950 AZN) çata bilər. Belə bahalaşma, ölkə daxilində istehsal infrastrukturunun qurulmasında yaranacaq çətinliklərlə bağlıdır.
Donald Trampın rəhbərlik etdiyi administrasiya açıqlayıb ki, tətbiq edilən tariflər emaledici sənayedə milyonlarla iş yerinin geri qaytarılmasına kömək edəcək.
Lakin "Wedbush Securities" şirkətinin texnologiyalar üzrə araşdırma bölməsinin rəhbəri Dən Ayvs bu gözləntiləri qeyri-realist adlandırıb. Onun sözlərinə görə, hazırda təxminən 1000 dollara başa gələn iPhone-ların ABŞ-də istehsalı nəticəsində qiymətləri üçqat arta bilər. Bu da Asiyada yerləşən mürəkkəb istehsal ekosistemini ABŞ-də yenidən qurmaq zərurəti ilə bağlıdır.
Ayvs qeyd edib ki, Qərbi Virciniya və Nyu-Cersidə fabriklər tikməklə ABŞ-də yeni təchizat zənciri yaratmaq böyük sərmayə tələb edir. "Apple" bu məqsədlə təqribən 30 milyard dollar və ən azı üç il vaxt sərf etməli olacaq ki, istehsalın cəmi 10%-ni lokallaşdırsın.
iPhone telefonlarının qiyməti 3 dəfə BAHALAŞA BİLƏR



"iPhone" qiymətləri 43% arta bilər
"İphone"nin yeni modelinin qiyməti açıqlandı
“iPhone”ların satışı qadağan oluna bilər
Yeni “iPhone”ların QİYMƏTLƏRİ
“Apple”a gözlənilməz zərbə - “iPhone" bahalaşacaq
Ən yaxşı “iPhone” modelləri məlum oldu - Siyahı
“Apple” 9 yeni “iPhone” təqdim edəcək
iOS 14-ü hansı iPhone modelləri əldə edəcəklər?
"iPhone 11" Bakıda - QİYMƏTLƏRİ
İphone 16 təqdim edildi
"İphone"lərlə bağlı xəbər var- DİQQƏT
"İphone 14" ün ilk görüntüləri yayıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 