Valentino” moda evinin qurucusu, italiyalı dəb dizayneri Valentino Qaravani 93 yaşında dünyasını dəyişib.
ONN media xəbər verir ki, Valentino Qaravani yanvarın 19-da Romadakı iqamətgahında, yaxınlarının əhatəsində vəfat edib.
Onunla vida mərasimi yanvarın 21 və 22-də Piazza Mignanelli meydanında keçiriləcək. Dəfn mərasimi isə cümə günü Roma şəhərində yerləşən Santa Maria degli Angeli e dei Martiri bazilikasında baş tutacaq.
Valentino Qaravani 1932-ci il mayın 11-də İtaliyanın şimalında yerləşən Voqera şəhərində anadan olub. O, 17 yaşında Parisə köçərək "École des Beaux-Arts" və "Haute Couture Syndicate"də təhsil alıb. 1959-cu ildə Romaya qayıdan dizayner bir il sonra tərəfdaşı Cankarlo Ciammetti ilə birlikdə “Valentino” moda evini təsis edib.
Onun beynəlxalq uğura yol açan ilk nümayişi 1962-ci ildə Florensiyada keçirilib. Qaravaninin ilk müştəriləri arasında ABŞ-ın mərhum prezidenti Con F.Kennedinin həyat yoldaşı Jaklin Kennedi də olub. O, həyat yoldaşının anım mərasimində geyinmək üçün dizaynerə altı libas sifariş edib.
1998-ci ildə Valentino Qaravani və Cankarlo Ciammetti “Valentino” brendini 300 milyon dollara İtaliyanın HDP konserninə satıblar. Brend 2002-ci ildə isə Marzotto Apparel şirkəti tərəfindən alınıb. Valentino Qaravani 2007-ci ildə Parisdə keçirilən son nümayişindən sonra dəb dünyasından getdiyini açıqlayıb
Dəb əfsanəsi vəfat etdi



9 qat dünya çempionu koronavirusa yoluxdu
Dünya şöhrətli dizayner dünyasını dəyişdi
Təyyarə qəzaya uğradı
Oqtay Şirəliyev harada dəfn olunacaq?
Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat etdi
Azərbaycanın diaspor qurucusu vəfat etdi
Roma Papası Fransiskin harada dəfn ediləcəyi məlum olub
Məşhur aparıcının keçmiş həyat yoldaşı qəfl vəfat etdi
Moskvada məşhur mer dəfn edildi
Nəzakət Qazıyeva vəfat etdi
Oqtay Əliyev ilə vida mərasimi keçirilir
İlk kosmonavtın həyat yoldaşı vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 