Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək.
ONN media xəbər verir ki, boksun əfsanəsi iyulun 10-da Bakıda keçiriləcək IBA Çempionlar Gecəsində xüsusi qonaq qismində iştirak edəcək.
Məşhur boksçu gecədə Azərbaycanın dünya çempionu Sübhan Məmmədovu rinqə müşayiət edəcək.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi iyulun 10-da saat 19:00-da "Sea Breeze Resort"da baş tutacaq.
Xatırladaq ki, Roy Cons 1988-ci ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı, yarımağır çəki kateqoriyasında mütləq dünya çempionu, müxtəlif çəki kateqoriyalarında IBF versiyası, WBC versiyası, WBA versiyası, WBU versiyası və WBF versiyası üzrə dünya çempionu olub. Ümumilikdə, dörd çəki kateqoriyasında dünya çempionluğu titulu uğrunda 22 boksçunu məğlub edib. Amerika Boks Jurnalistləri Assosiasiyası və "The Ring" jurnalı Consu 1990-cı illərdə "Onilliyin boksçusu" adlandırıb. Mütləq çempion titulu uğrunda döyüşlərdə ən çox qələbə sayına görə rekordçudur, həmçinin yarımağır çəkidə birləşdirilmiş titulun ən uzun müdafiə seriyasının sahibidir. Boks tarixində orta çəkidə dünya çempionu olub, sonra ikinci orta, yarımağır və ağır çəkilərdə titullar qazanmağı bacaran ilk boksçudur.



SON DƏQİQƏ: Prezident əfv sərəncamı imzaladı
Prezidentdən ƏFV FƏRMANI -Adlar (Siyahı)
Prezidentin iştirakı ilə tədbir keçirildi (YENİLƏNDİ)
Prezident bu şəxsləri əfv etdi
İlham Əliyev müsahibə verdi- TAM MƏTN
İlham Əliyev Azərbaycan millisinin üzvlərini qəbul etdi - YENİLƏNDİ
Məşhur boksçu vəfat etdi
Bir sıra hərbi qulluqçular “Vətən uğrunda” medalı ilə təltif edildi - SƏRƏNCAM
Düşmənin 728 hərbçisi məhv edildi - TAM SİYAHI
Prezident əfv sərəncamı imzaladı- Kimlərə şamil olundu?
Prezident onları Laçının azad olunmasına görə TƏLTİF ETDİ - SİYAHI
UFC ilk dəfə Azərbaycanda!
Pərvin ağır xəstəliyini açıqladı
Sabah 37 dərəcə isti olacaq
ABŞ İrana qarşı yeni hava əməliyyatı keçirib
Xırdalanda 20 yaşlı oğlanın meyiti tapıldı
DÇ: 1/4 final Fransa - Mərakeş matçı ilə başlayır
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu
Bu şəxslər işləmədikləri halda maaş alacaqlar
İran bu ölkələri hədələdi
Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir?
Sabahın havası açıqlandı
Trampdan Türkiyəni sevindirəcək xəbər
Küləkli hava nə vaxta kimi davam edəcək? 