Ekspertlər iki qabaqcıl - "iPhone X" və "Samsung Galaxy S9" smartfonunda mobil internetin işləmə sürətini sınaqdan keçiriblər. Eksperimentin nəticələri mütəxəssislərin təəccübünə səbəb olub.
ONN media bildirir ki, testin yekununda məlum olub ki, Cənubi Koreyanın "Samsung" şirkətinin qurğusunda internet rəqib "Apple" smartfonundan 34 faiz daha sürətli işləyir.
Məlumata görə, mütəxəssislər tərəfindən eyni yerdə eyni rabitə operatorunun şəbəkəsindən istifadə olunub. Müəyyən olunub ki, "Samsung Galaxy S9" smartfonunda ən yüksək yükləmə sürəti 41,8 Mbit/saniyə, ötürmə sürəti isə 11,36 Mbit/saniyə təşkil edir.
"iPhone X" smartfonunda isə bu göstəricilər müvafiq olaraq 31,18 Mbit/saniyə və 9,88 Mbit/saniyə olub. "Apple" qurğusunda yükləmə sürəti 34 faiz, ötürmə sürəti 15 faiz geri qalır.
Qeyd edək ki, bundan əvvəl "Samsung Galaxy S9+" smartfonu iş sürətinə görə "Apple iPhone X" modelini üstələyib. Buna səbəb kimi Cənubi Koreya şirkətinin qurğusunda böyük tutuma malik operativ yaddaşın quraşdırılması qeyd olunur.



Azərbaycanda internetin qiyməti artacaq? - AÇIQLAMA
"Whatsapp" bu telefonlarda işləməyəcək
Ən yaxşı smartfonların reytinqi MƏLUM OLDU
Sağlamlıq üçün ən təhlükəli smartfonlar açıqlandı
Yeni “5G” avadanlığının sınaqları keçirilib
"Samsung" telefonları bahalaşdı
“Samsunq”un ilk 5G smartfonunun qiyməti
Sentyabrın 1-dən bu cihazlarda Vatsap işləməyəcək
Noyabrın 1-dən hansı telefonlarda "WhatsApp" işləməyəcək? - SİYAHI
"İphone 14" ün ilk görüntüləri yayıldı
Ən yaxşı smartfonun adı açıqlandı
6 kameralı smartfon GƏLİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 