Kişilərin əksəriyyəti yaşlandıqca kövrəkləşir, adi şeylərdən təsirlənir, hətta bəzən gözləri də yaşarır.
ONN media milli.az -a istinadla xəbər verir ki, bunun səbəbi kişilik hormonu sayılan testesteronun yaş artıqca azalmasıdır.
40 yaşından sonra kişilərdə testesteron səviyyəsi xeyli aşağı düşür. Bununla da onlar daha az aqressiv olurlar və müəyyən qədər kövrəkləşirlər.
Testosteron oğlanı kişiyə çevirən, eləcə də, kişini qadından fərqləndirən əsas hormondur. Buna görə də, qadınlar steroid qəbul etmədiyi müddətdə heç vaxt kişilər qədər iri ola bilmirlər. Testosteron hormonu yaş artdıqca azalır və bu hormonun azlığı digər neqativ hormonlar sayılan kortizol, estrogenin artmasına şərait yaradır.
Bu hormon sağlamlıq, enerji, libido, immunitet sistemi və sümük əriməsi ilə yaxından əlaqədardır. Testosteronun olmaması həyati əhəmiyyət kəsb etməsə də, bu hormonun varlığı kişi xüsusiyyətlərinin inkişafı və funksiyası üçün şərtdir. Testosteron öz təsirini hələ ana bətnində olarkən göstərməyə başlayır. Ana bətnində kişi xüsusiyyətlərinin meydana gəlməsində iştirak edir. Sonra yetkinlik dövründə də cinsi xüsusiyyətlərinin inkişafını təmin edir. Androgenler bədəndə tüklənməyə, səs qalınlaşmasına, sebum istehsalına, əzələ kütləsində artıma və qan yaranmasına təsir edər. Testosteron ümumi sağlamlığa, fiziki və zehni inkişafa da təsir edir. Eyni zamanda, bu hormon romantik vəziyyət və motivasiya üçün də əhəmiyyətlidir. Testosteron azlığı olan kişilərdə depressiya və motivasiya çətinliyinə rast gəlinir.
Testosteronun cinsi davranış və fəaliyyətə əhəmiyyətli təsiri var.



Qadınlar niyə kişilərdən daha çox ağlayır?
Bu içki kişini qadına çevirir
Kişilər arasında Covid-19 a yoluxan niyə çoxdur?
Necə edək ki, kişilər xəyanət etməsin? – 4 TÖVSİYƏ
Bu hormonların pozulması köklüyə səbəb olur
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi MƏLUM OLDU
Kişilər üçün ən təhlükəli içki açıqlandı
Qadınların virusa daha dözümlü olmalarının səbəbi MƏLUM OLDU
40 yaş sendromu- Qadınlar və kişilər özlərini nəyə hazırlamalıdır?
Qadınlar nə üçün kişilərdən daha çox yaşayırlar? - SƏBƏB AÇIQLANDI
Qadınlar niyə soyuğa daha həssasdır?
Qadınlar niyə soyuğa daha həssasdır?
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 