ONN İnformasiya Agentliyi

Amerikanın ən varlı adamı görün kim oldu

Amerikanın ən varlı adamı görün kim oldu
19 Dekabr 2017 - 7:55

"Forbes" jurnalı 2017-ci ilin ən varlı amerikalı məşhurunun adını açıqlayıb.

ONNmedia xəbər verir ki, bu, sərvəti 5,5 milyard qiymətləndirilən rejissor Corc Lukasdır.

İlk üçlüyə 3,6 milyard dollar sərvətə sahib olan rejissor Stiven Spilberq və teleaparıcı (2,8 milyard dollarlıq sərvətə malik) Opra Uinfri daxildir.

Bundan əlavə, siyahıya keçmiş basketbolçu, 1,4 milyard dollarlıq var-dövlətə malik Maykl Cordan, fokusçu Devid Kopperfild (875 milyon dollar), reperlər – Diddi (820 milyon dollar), Jay-z (810 milyon dollar) və Dr. Dre (740 milyon dollar) da daxildirlər.

Siyahının ilk onluğunda sonuncu yerdə detektiv romanlar müəllifi, 730 milyon dollar sərvətə malik Ceyms Patterson qərarlaşıb.(Report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png