ONN İnformasiya Agentliyi

Boşanmaların əsas səbəbi nədir?

Boşanmaların əsas səbəbi nədir?
21 Dekabr 2023 - 8:10

Təəssüf ki, hazırda cəmiyyəti narahat edən əsas problemlərdən biri də nikahların pozulmasıdır.

Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli deyib.

“Adətən boşanmalara cütlüklər arasında xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, zorakılıq halları, sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənar müdaxilə, xəyanət və qısqanclıq faktları səbəb olur. Cütlüklər nikahın pozulmasına qərar verərkən düşünməlidirlər ki, xüsusilə ailədə uşaq varsa, bu onlara daha böyük psixoloji problemlər yaşadır”, – o bildirib.

Mütəxəssis vurğulayıb ki, münaqişələr üçün demək olar ki, yaş meyarı yoxdur:

“Sağlam ailə modeli istiqamətində doğru təsəvvürlərin yaranmasında mətbuatın rolu danılmazdır. Bu səbəbdən ailə institutunun bütövlüklə inkişafı üçün nəinki dövlət qurumlarının, eyini zamanda, vətəndaş cəmiyyətinin hər bir üzvünün iştirakı zəruridir. Bu prosesdə milli dəyərlərin qorunub saxlanılması, cəmiyyət arasında sağlam düşüncənin formalaşdırılması da mühümdür”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png