ONN İnformasiya Agentliyi

Bu dəfə “WhatsApp” maraqlı addımı ilə GÜNDƏMDƏ

Bu dəfə “WhatsApp” maraqlı addımı ilə GÜNDƏMDƏ
06 İyul 2018 - 18:45

Məşhur sosial platforma olan “WhatsApp” 50 min dollar qədər pul mükafatı paylamağa hazırlaşır.

ONN media xəbər verir ki, “Facebook”un bazasında yaradılan “WhatsApp” bu dəfə inteqrasiya etdiyi yeniliyi ilə deyil, start verdiyi mükafat proqramı ilə gündəmdədir.

1,5 milyard aktiv istifadəçisi olan mesajlaşma platforması sosial elmlər və yanlış məlumatlarla mübarizə aparmaq üçün bu addımı atıb.

Şirkət araşdırmaları təşviq etmək üçün 50 min dollar ayırıb.

Bu proqrama qatılmaq istəyənlər “WhatsApp” araşdırma qrupu tərəfindən təftiş ediləcək.

Onlar araşdırmalar üçün şirkətdə təmsil olunmayan mütəxəssislərin fikirlərinə əsaslanacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png