ONN İnformasiya Agentliyi

Canlıların yarısı məhv olacaq

Canlıların yarısı məhv olacaq
15 Mart 2018 - 13:59

ONN media xəbər verir ki, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq razılaşmalar əsasında, atmosferə buraxılan zərərli qazların miqdarı ixtisar olunsa belə, bu təbiət üçün ağır fəsadların qarşısını ala bilməyəcək.

Dünyada orta temperatur 4.5 dərəcə qalxacağı təqdirdə, bu təbiətdə olan canlı növlərin 48 faizinin yoxa çıxmasına səbəb olacaq.

Söhbət indiki hava çirklənməsi və iqtisadi aktivlik səviyyəsinin davamlı olacağı halda proqnozlaşdırılan qlobal istiləşmədən gedir.

2015-ci ilin Paris iqlim paktının tələbləri yerinə yetirilsə belə, temperaturda bir neçə dərəcəlik fərq, təbiətdə hər dördüncü növün yoxa çıxmasına gətirib çıxaracaq.

Bundan ən çox fauna və florası ilə zəngin Amazon bölgəsi, Madaqaskar və Qalapaqos adalarının ziyan görəcəyi bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png