ONN İnformasiya Agentliyi

Doğan qadınların beyni subaylara nisbətən daha gəncdir – ALİMLƏR

Doğan qadınların beyni subaylara nisbətən daha gəncdir – ALİMLƏR
25 Oktyabr 2019 - 23:43

40 yaşa kimi dünyaya uşaq gətirən qadınların beyni hətta yaşca gənc, amma doğmayan qadınlara nisbətdə daha gənc olur.

ONN media medicina.az-a istinadən bildirir ki, alimlər bu fenomeni izah etmək üçün elmi araşdırma aparıb və 12 min qadının baş beyin strukturunu incələyib.

Süni intelekt beynin MRT nəticələrini analiz edib. Daha sonra doğmuş qadınlarla doğum etməmiş qadınların nəticələri fərqləndirilib.

Məlum olub ki, insan beyni təqvim və yaşına nisbətdə fərqlənir. Beynin yaşı orqanın strukturunda gedən dəyişiklərlə təyin olunur.

Doğmuş qadınlarda neyrosetin fikrincə, beynin bioloji yaşı passport yaşından 0,4 il daha cavandır.

Eləcə də uşaqların sayına görə də beyində dəyişikliklər gedir. 1-2 uşaq doğan qadınlar 3-4 uşaq doğanlara nisbətən daha gənc beyinə malikdir.

Alimlər hələ bunun səbəbini bilmir. Amma hamiləlik zamanı bədəndə gedən çoxsaylı fizioloji proseslərin beyinə təsir etdiyi üzərində düşünürlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png