ONN İnformasiya Agentliyi

FİLM KİMİ OLAY: Arvadı ilə mübahisə edən kişi…

FİLM KİMİ OLAY: Arvadı ilə mübahisə edən kişi…
04 Dekabr 2020 - 2:23

İtaliyanın Komo şəhərinin sakini arvadı ilə mübahisə etdikdən sonra evdən çıxıb və bir həftə dayanmadan yol gedib.

ONN media  xəbər verir ki, bu barədə “İl Resto del Carlino” qəzeti yazıb.

Kişini gecə vaxtı Adriatik dənizi sahilindəki avtomobil yolunda gedərkən Fano şəhərinin polisi saxlayıb. İfadəsi zamanı o, polislərə bildirib ki, indiyə qədər 450 kilometr yol qət edib. Azuqəsini isə yolda rastlaşdığı insanlardan alıb.

Məlum olub ki, kişinin yoxa çıxması barədə polisə arvadı məlumat verib. Səhəri gün qadın Fano şəhərindəki polis məntəqəsinə gələrək həm ərini aparıb, həm də gecə vaxtı komendant saatını pozduğu üçün 400 avro cəriməsini ödəyib.

İtaliya sosial şəbəkələrində kişini məşhur “Forrest Qamp” filminin eyniadlı qəhrəmanı ilə müqayisə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png