ONN İnformasiya Agentliyi

İlk avtomobil nömrəsi kimin olub?

İlk avtomobil nömrəsi kimin olub?
24 Mart 2018 - 4:25

ONN media xəbər verir ki, avtomobil barədə ilk fikir XV əsrdə yaşamış Leonardo da Vinçi və XVII yüzilliyin dahisi İsaak Nyuton tərəfindən irəli sürülüb. İki böyük alimin bu sahədə davamçısı sayılan fransız Nikolas Cozef 1769-cu ildə buxarla işləyən ilk avtomobil icad edib. Bu icaddan bəhrələnən Amadey Bolle 1875-ci ildə həmin sistemlə işləyən avtomobillə Parislə Le-Manş arasındakı məsafəni 18 saata qət edib. Bu, texnika aləmində böyük sensasiya olmaqla bütün dünya alimlərinin diqqətini avtomobil sənayesinə yönəldir. O vaxtdan avtomobillər dünyanın aparıcı qüvvələrinin diqqət mərkəzinə çevrilir və gündən-günə təkmilləşdirilir. Bəs görəsən avtomobilə ilk nömrə qeyd edən kimdir?

Dünyada avtomobilə ilk nömrə qeyd edən almaniyalı kommersant Rudolf Hersog idi. Onun avtomobilində İA1 nömrə nişanı qeyd olunmuşdu. İA onun həyat yoldaşının adı və soyadının baş hərfləri idi – İohanna Anker. 1 rəqəmi ilə də Rudolf Hersoq onu demək istəyirmiş ki, xanımı onun həyatında ilk və təkdir.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png