ONN İnformasiya Agentliyi

Məktəbli tutduğu balıqla rekord qırdı

Məktəbli tutduğu balıqla rekord qırdı
08 Dekabr 2023 - 8:27

İspaniyada Böyük Britaniyadan olan məktəblinin tutduğu naqqa balığı çəkisinə görə rekord vurub.

Bu barədə yerli xəbər portalları yazır.

11 yaşlı Coşua Devenport valideynləri ilə balıq tutarkən onun tilovuna naqqa balığı keçib. 25 dəqiqə ərzində məktəbli şikarıyla mübarizə aparıb. Uşağın gücünün çatmadığı bəlli olduqda yaxınlıqda olan üç balıqçı onun köməyinə gəlib.

Balığı sahilə çıxardıqdan sonra onu tərəziyə qoyublar. Balığın 69 kiloqram ağırlığında olduğu məlum olub və Coşua uşaq tərəfindən tutulan ən böyük şirin su balığı üzrə Avropa rekordunu qırıb.

“Balıqçılıq Coşua üçün hər şeydir. İlk tilov ona dörd yaşı olanda verilib!”, – deyə uşağın anası bildirib.

Rekord qeydə alındıqdan sonra naqqa balığı yenidən çaya buraxılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png