ONN media

Ürək, mədə sağda, qaraciyəri isə solda… – Nadir xəstəlikli uşaq doğuldu

Ürək, mədə sağda, qaraciyəri isə solda… – Nadir xəstəlikli uşaq doğuldu
07 Oktyabr 2019 - 21:29

Türkiyənin Trabzon bölgəsində yeni doğulan körpənin daxili orqanlarının əks istiqamətdə yerləşdiyi və nazik bağırsağının inkişaf etmədiyi aşkarlanıb.

ONN media bildirir ki, hələ ana bətnində olarkən müayinə olunan körpənin bağırsaqlarında problem olduğu aşkarlanıb və nəzarətə götürülüb. Doğulduqdan sonra isə müəyyən olub ki, onun ürəyi, mədəsi və dalağın sağda, qaraciyəri isə solda yerləşir.

Bu hadisə tibdə “situs inversus totalis” adlanır. Həkimlər bildirib ki, orqanların əks istiqamətdə yerləşməsi uşaq üçün təhlükə olmasa da, nazik bağırsağın düzgün inkişaf etməməsi və yarımçıq olması körpə üçün həyati riski artırır.

Bu səbəbdən hələ 3 günlük olarkən əməliyyat edilən körpə, dünyaya gəlişinin 39-cu günündə sağlığına qovuşub. Təqribən 2 saata yaxın baş tutan əməliyyatda onlar körpənin nazik bağırsağının inkişaf etməyən bəzi hissələri çıxarılıb və sağlam bağırsaqdan həmin hissəyə əlavə edilib.

Həkimlər bildirib ki, bu, körpələrdə nadir görülən xəstəlikdir. (Medicina.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png