ONN İnformasiya Agentliyi

“Whatsapp”dan yeni funksiya

“Whatsapp”dan yeni funksiya
26 Mart 2024 - 21:25

“WhatsApp” messenceri yeni funksiyanı təqdim edib.

ONN media-nın xəbərinə görə, bu barədə “WABetaInfo” portalı yazır.

iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün “WhatsApp” messencerində videoları geri çəkməyə imkan verən yeni funksiya olacaq.

“WhatsApp” tərtibatçıları videonun geri çəkilməsi variantını təqdim ediblər. Qeyd olunub ki, videonu geri çəkmək üçün ekranın kənarına iki dəfə toxunmaq lazımdır.

Mütəxəssislər vurğulayıblar ki, seçim bütün hesablar üçün mövcud olmaya bilər. Hazırda ondan iOS əsasında işləyən smartfon sahibləri istifadə edə bilərlər.

Bildirilir ki, funksiya yaxın gələcəkdə bütün istifadəçilər üçün əlçatan olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png