Fransanın İslamabaddakı səfiri arzuolunmaz şəxs elan edilib. ONN media xəbər verir ki, səfirin 2-3 ay ərzində ölkədən kənarlaşdırılacağı bildirilir. Bu qərar Pakistan hökuməti ilə Təhriki Ləbbeyk Pakistan arasında əldə olunan razılaşma çərçivəsində qəbul olunub. Belə ki, həftəsonundan etibarən Ravalpindi şəhərində Fransa Prezidenti Emmanuel Makronun İslam və Məhəmməd peyğəmbərə qarşı radikal çıxışlarını protest edən TLP Fransa səfirinin göndərilməsini, Parisə yeni səfir təyin olunmayacağını, Fransa məhsullarının dövlət səviyyəsində boykot edilməsini və həbs olunan üzvlərinin azadlığa buraxılmasını tələb edib. Sənəd Pakistan Daxili İşlər naziri İcaz Əhməd Şah və Pakistan Din işləri və dinlərarası uzlaşma naziri Pir Nurul Haqq Qədri tərəfindən imzalanıb. TLP lideri Hüseyn Rizvinin oğlu Səad Rixvi tərəfindən mətbuata təqdim olunub. Pakistan hökuməti məsələ ilə bağlı hələ ki, açıqlama verməyib. Daxili İşlər Nazirliyi son bir neçə gündə Pəncabda həbs olunan TLP üzvlərinin azadlığa buraxılması təlimatı verib. Qeyd edək ki, Pakistanın Parisdəki səfiri Muniul Haqq avqust ayında ölkənin Pekin səfiri təyin olunmuşdu. Onun yerinə Parisə başqa səfir göndərilməmişdi. Xatırladaq ki, Pakistanı Fransanın Dağlıq Qarabağla bağlı ermənipərəst mövqeyi dərindən narahat edir.
Pakistandan Fransaya ŞOK ZƏRBƏ



Pakistan Fransaya etiraz notası verdi
Fransadan ŞOK Türkiyə və Pakistan AÇIQLAMASI
Liviya Fransa haqqında FƏTVA VERDİ
Qardaş Azərbaycanla həmrəyik – Pakistan XİN
Pakistandan Hindistana nota
Pakistan Azərbaycandan kömək istədi
Azərbaycan Pakistana yeni səfir təyin etdi
Pakistan və Hindistan arasında nə baş verir?
Pakistandan İsrailə qadağa
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi
İlham Əliyev Pakistan səfirinin etimadnaməsini qəbul etdi
Pakistan və Hindistan arasında GƏRGİNLİK - 8 hərbçi öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 