Rusiyanın qurumlararası nümayəndə heyəti Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağ üzrə yaradılan qurumlararası humanitar yardım mərkəzi ətrafında və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparacaq. ONN media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. “Bu gün – uzanan danışıqlardan sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 9-da qan tökülməsinə son qoyan və bütün ölçülərdə, o cümlədən humanitar səviyyədə vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanatın qəbul edildiyi vəziyyətdə münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq. Bizim sülhməramlılar bu razılaşmanın həyata keçirilməsində, o cümlədən humanitar yardımının göstərilməsində fəal iştirak edirlər”, - Lavrov deyib. O həmçinin qeyd edib ki, yaradılmaqda olan qurumlararası humanitar yardım mərkəzi ilə əlaqəli məsələləri də müzakirə edəcəklər: “Bu da yeni strukturdur və o, mülki əhalinin ehtiyaclarını ödəmək, mülki infrastrukturu bərpa etmək üçün çalışacaq”. Rusiya XİN başçısı vurğulayıb ki, eyni zamanda iqtisadi əməkdaşlığın aktual məsələləri, energetika sferasındakı əməkdaşlıq da müzakirə ediləcək.
Lavrov AÇIQLADI: "Paşinyanla Qarabağla bağlı..."



Lavrov Paşinyanla görüşdü - SON DƏQİQƏ
Lavrovdan Qarabağ AÇIQLAMASI
Lavrov Qarabağdakı vəziyyəti müzakirə edəcək
Lavrov Ayvazyanla Qarabağı müzakirə etdi
Lavrovun Bakıya səfər proqramı açıqlandı
Lavrovla Bayramov bu məsələləri müzakirə etdi
Bayramovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ
Bayramovla Lavrov arasında telefon danışığı olub
Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Lavrov: “Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Bayramov və Lavrov nəyi müzakirə etdi?
DİM rəsmi məlumat yaydı
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir 