Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. "10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, - deyə məlumatda qeyd edilir. Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”. Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb. "Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, - deyə bildirilir.
Lavrovun Bakıya səfər proqramı açıqlandı



Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək
Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Lavrov Bakıya gəlir - Əliyevlə görüşəcək
Lavrov gələn həftə Azərbaycana gələcək
Lavrov bu tarixdə Azərbaycana gələcək
Sergey Lavrov Azərbaycana səfərə gələcək
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramovla Lavrov telefonla danışdı
Lavrov və Zərifdən Qarabağ görüşü - BU TARİXDƏ
Lavrov Mirzoyandan TƏLƏB ETDİ: mümkün qədər tez...
Lavrov Azərbaycana səfər edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 