"Ölkələr hər şeydə razılığa gələ bilməz və hər hansı bir dövlətə münasibətlərdə fərqli mövqelər olacaq"
ONN media xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Aralıq dənizi: Roma Dialoqu" beynəlxalq konfransında çıxışı zamanı deyib.
"Türkiyə ilə heç bir əsaslı fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər öz siyasətini reallaşdırmaq üçün iki müstəqil ölkənin birlikdə necə çalışdığına nümunədir. Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirlərə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç də maneə deyil”, - deyə S.Lavrov vurğulayıb.
İki ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fərqli yanaşmalarının olduğunu, ancaq nəticədə ortaq məxrəcə gəlməyi bacardıqlarını açıqlayan Lavrov deyib ki, konfliktin başlanğıcında Ankarada bu münaqişənin hərb yolu ilə həllinin ola biləcəyini bildirildiyi vaxt Rusiya tərəfi Türkiyənin fəaliyyətləri ilə razılaşmayıb:
"Ancaq indi Prezident Putin və onun həmkarları - Azərbaycan və Ermənistan liderlərinin səyləri nəticəsində razılıq əldə olunub. Həm Rusiya, həm də Türkiyə Dağlıq Qarabağ ətrafındakı vəziyyətdə olduğu kimi ortaq məxrəcə gəlmək üçün təmas nöqtələri və yollar tapırlar".
Lavrov əlavə edib ki, Rusiya və Türkiyənin Liviyadakı vəziyyətə yanaşması da fərqlənir, lakin iki ölkənin münaqişə tərəflərinə təsiri müsbət nəticələrin əldə olunmasına şərait yaradır.



Lavrovla Çavuşoğlu arasında KRİTİK MÜZAKİRƏ
Lavrov: “Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
Bayramovla Lavrov arasında Qarabağ müzakirəsi
Lavrov: Rusiya, Türkiyə və İran Dağlıq Qarabağda...
Lavrov Polad Bülbüloğlu ilə erməni səfiri yeməkdə bir araya gətirdi
Lavrov 10 noyabr bəyanatının "gizli əlavələr"i barədə DANIŞDI
Lavrov: Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacaq
Qarabağda iş imkanlarını nəzərdən keçirin - Lavrov
Çavuşoğlu ilə Lavrov danışdı - QARABAĞ MÜZAKİRƏSİ
Krım həmişəlik Rusiyanındır - Lavrov
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 