Ermənistan baş naziri Nikol Paşinyan üçtərəfli görüş üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb. ONN media xəbər verir ki, ölkə müxalifətinin bəzi fəalları hökumət başçısının Moskvaya səfərinə mane olmağa çalışıb. Məlumata görə, etirazçılar “Zvartnots” hava limanına gedən yolu bağlayaraq müxtəlif şüarlar səsləndiriblər. “Nikol Paşinyan legitim rəhbər deyil, o, Ermənistanı təmsil etmir. Onun adından imzalanan sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq”, - aksiya iştirakçılarından biri söyləyib. Daha sonra etirazçılar aksiyanın yekunlaşdığını elan ediblər və hava limanına gedən yolu açıblar. Bundan sonra baş nazir aeroporta çatıb və Moskvaya yola düşüb. Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq. Tərəflər üç ölkə liderinin 10 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırırlar.
Paşinyan Moskvaya yola düşdü



SON DƏQİQƏ: İlham Əliyev, Paşinyan və Putinin görüşü başladı
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Putin Paşinyanla Qarabağı müzakirə edib
Paşinyanın Rusiyaya səfəri başladı
Paşinyan Putinlə görüşəcək
Putin və Paşinyan telefonla danışıb
Paşinyan Moskvaya gedir
Putinlə Paşinyan Qarabağı MÜZAKİRƏ ETDİ
Paşinyan istefa verəcək? - ÖZÜ AÇIQLADI
Nikol Paşinyan Moskvadadır - Qarabağ müzakirəsi
Moskvaya KRİTİK ZƏNG: Şarl Mişel Putindən Qarabağla bağlı nəyi xahiş edib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 