Xəbər verdiyimiz kimi, bu gün Türkiyə və Rusiya prezidentləri - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. ONN media xəbər verir ki, Kremlin mətbuat xidməti Vladimir Putinin Türkiyə dövlətinin başçısına yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün əsas nəticələri barədə məlumat verdiyini bildirib. "Anadolu Agentliyi" isə Türkiyə Prezidenti Administrasiyasının məlumatını yayımlayıb. Məlumatda deyilir ki, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə söhbətində Ankaranın regionda sabitliyin və sülhün təmin olunması istiqamətində səylərə dəstək verməyə hazır olduğunu vurğulayıb. "Türkiyə Prezidenti qeyd edib ki, Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır. Bu məqsədə nail olmaq Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bir daha bütün dünyaya göstərəcək", - deyə Ərdoğan bildirib.
Ərdoğandan KRİTİK AÇIQLAMA: "Sülhməramlıların mövcudluğu olmadan..."



Putin Ərdoğana dedi ki, biz buna hazırıq - Kreml
Ərdoğan Putinlə Qarabağı müzakirə etdi
Ərdoğan və Putin nəyi müzakirə etdi?
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Putin və Ərdoğan telefonla hansı məsələləri müzakirə ediblər?
Ərdoğan Putinlə Ukraynanı müzakirə edəcək
Putin-Ərdoğan görüşündə hansı mövzular müzakirə olunacaq?
Ərdoğan: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"
SON DƏQİQƏ: Çavuşoğluyla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Putinlə Ərdoğan bir saat danışdı
Ərdoğanla Putin danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 