''Azərbaycana gətirlən koronavirus vaksinləri tam təhlükəsizdir. Bunu Türkiyədə keçirilən lobaratoriya sınaqlarının nəticəsinə əsasən demək olar''. ONN media xəbər verir ki, TƏBİB-in rəhbəri Ramin Bayramlı ''Xəzər Xəbər''ə müsahibəsində bildirib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri ola bilər. Amma buna görə təşvişə düşməyə ehtiyyac yoxdur. TƏBİB-in sədri koronavirusun mutasiyaya uğramış ştamının azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini bildirib. ''Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib''. Bu barədə ''Xəzər Xəbər''ə eksklüziv açıqlamasında TƏBİB-in rəhbəri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin labaratoriya sınaqlarından sonra qəbul edilir. TƏBİB sədri vaksinin əlavə təsirlərinin nələr ola biləcəyini də açıqlayıb. Ramin Bayramlı sözlərinə görə, hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər. Bütün dünyanı yenidən təşvişə salan koronavirusun mutasiyaya məruz qalmış növünə hələ ölkəmizdə rast gəlinməsə də TƏBİB sədrinin sözlərinə görə, artıq sözügedən vaksin bu virus üzərində də təsirlidir. Ramin Bayramlının sözlərinə görə ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi, mutant ştamların ölkəyə girişinin qarşısını əhəmiyyətli dərəcədə alsa da, belə bir hal aşkarlansa əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq. Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa digər növ vaksinlərində ölkəyə gətirilməsi mümkün olacaq. Bununla belə TƏBİB-in sədri vətəndaşları xüsusi ilə sosial şəbəkələrdə bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb. Ramin Bayramlı səhiyyə işçilərinin bu vaksinasiyanı tunelin ucunda görünən işığ kimi qiymətləndirdiyini bildirib və cəmiyyəti də bu çağırışlara cavab verməyə səsləyib.
Vaksinin əlavə təsirləri nələrdir? - Ramin Bayramlı AÇIQLADI



Ramin Bayramlı danışdı: Əsas məqsədimiz...
Ramin Bayramlı: "Vaksinin kimlərə vurulması ilə bağlı..."
Ramin Bayramlı uzun müddətdən sonra...
SON DƏQİQƏ: Ramin Bayramlı istefa verdi
Toylara sentyabradək qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA
Karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur- Rəsmi
Əlavə avtobuslar ayrılacaqmı?
Bu şəxslərə heç bir məhdudiyyət yoxdur - Ramin Bayramlı
Maskadan nə vaxtadək istifadə etməliyik? - AÇIQLANDI
Ramin Bayramlı vəzifədən azad edilib? - TƏBİB-dən AÇIQLAMA
Azərbaycanda bu tarixədək toy olmayacaq - RƏSMİ
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 