Yanvarın 27-nə keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə tapılan naməlum qadın meyitinin kimə məxsus olmasının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. ONN media xəbər verir ki, ilkin araşdırmalar zamanı meyitin hissələrinin üzərində hər hansı işarəverici əşya və ya digər dəlil aşkarlanmayıb. Bu səbəbdən öldürülmüş şəxsin kimliyini qısa vaxtda öyrənmək mümkün olmayıb. Meyitin hissələrindən qan, tük, dəri və digər nümunlər götürülərək ekspertiziya göndərilib. Vizual olaraq ölən qadının təxminən 25-30 yaşlarında olması ehtimal edilir. Hazırda cinayət hadisəsinin harada törədilməsi, meyitin hissələrinin oraya kim tərəfindən və necə gətirilməsi tam dəqiqləşməyib. Ərazidəki kamera görüntüləri və digər texniki təqib üsulları ilə dəlillərin toplanması istiqamətində iş aparılır. Bildirilir ki, cinayət faktnın araşdırılması ilə əlaqədar Nəsimi rayon Prokurorluğunda qrup yaradılıb və bir neçə müstəntiq bu işin araşdırılmasına cəlb edilib. Qeyd edək ki, faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda meyiti doğranaraq zibilliyə atılan qız kimdir? - DƏHŞƏTLİ OLAYDAN YENİ XƏBƏR



Gənc qadının hissələrə ayrılmış meyiti tapıldı
Salyanda naməlum qadın meyiti tapıldı - QƏTL
Bakıda faciə - Küçədə soyuqdan öldü
Bakıda qəbiristanlıqda dəhşətli olay - Meyit tapıldı
Bakıda yarımçıq tikilidə kişi meyiti tapıldı
Bakıda məscidin yaxınlığında ŞOK HADİSƏ: Ağacdan asılmış meyit tapıldı
Cəbrayılda əlləri bağlı kişi meyidi tapıldı
Bakıda DƏHŞƏT YAŞANDI: Gənc qızı doğrayıb zibilliyə atdılar
Məktəbin həyətində kişi meyiti tapılıb
Xəzərdən kişi meyiti tapıldı
Füzulidə 2 erməninin meyiti tapıldı
Qarabağda daha bir erməni hərbçisinin meyiti tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 