İki həftəlik fasilədən sonra Ermənistanın axtarış qruplarına Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında cəsəd axtarmağa icazə verilib. ONN media xəbər verir ki, Ermənistan tərəfinin məlumatına görə, axtarışlar fevralın 15-dən dayandırılmışdı, bu gün isə bərpa olunub. Ermənistanın 4 axtarış qrupu bu gündən Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisində 44 günlük müharibədə ölmüş hərbçilərin meyitlərini axtarmağa davam edəcək. Bu arada BBC-nin rus xidməti Qarabağ ərazisində ölüb qalmış erməni hərbçilərin meyitləri barədə tükürpədən məlumat yayıb. Laçın şəhərinə ezam olunmuş BBC jurnalistləri bildiriblər ki, kimsəsiz çöllüklərdə qalmış erməni hərbçilərin meyitlərini ac-yalavac çaqallar didib-parçalayırlar. Bunu BBC-yə axtarış missiyasının bir üzvü etiraf edib: "Burada gördüyüm ən dəhşətli mənzərə çaqqalların tikə-tikə didib parçaladıqları cəsədlərdir”, - deyə Qırmızı Xaçla birgə ölənlərin axtarışı işinə cəlb edilən missiya üzvü bildirib: “Biz mina sahələrinə də girmişik, çaqqalların tikə-tikə diddikləri cəsədlər də görmüşük. Yadımdadır, Şuşaya işləməyə gəlmişdik, orada isə bütün yol meyit içindəydi. Gənc, 18-19 yaşlı erməni oğlanlarının meyitləri. Dəhşət idi..." Axtarış missiyasının üzvü Azərbaycan hərbçilərinin humanistliyindən bəhs etməyi də unutmayıb: “Haqq üçün demək lazımdır, öz gözümlə görmüşəm, azərbaycanlı əsgərlər yeni mövqelər tutarkən, bir çox həlak olmuş erməniləri torpağa basdırırdılar - beləliklə, cəsədləri çaqqallardan xilas edirdilər. Harada ki, həlak olanları basdıra bilməyiblər, orda biz çaqqalların parçaladığı bədən hissələri və ayrı-ayrı sümüklər tapırıq", - deyə axtarış missiyasının üzvü söyləyib.(yenisabah.az)
Qarabağa səpələnmiş erməni meyitlərini çaqqallar yeyir - ŞOK ETİRAF



2 günlük fasilə verilmişdi - Yenidən başladı: ermənilər...
Qarabağda yenidən axtarışlar başladı
Qarabağda daha 7 erməni hərbçinin cəsədi tapıldı
Qarabağda yenə erməni meyitləri tapıldı
Cəbrayıl və Xocavənddə daha 3 erməni hərbçinin cəsədi TAPILDI
Daha 31 erməni hərbçinin meyiti təhvil verildi
Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin SAYI ARTDI
Füzuli və Cəbrayılda erməni hərbçilərin meyitləri tapılıb
Qarabağda daha 6 erməni hərbçisinin qalıqları tapıldı
Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
İstanbul Bəyannaməsi imzalandı
Aşuranın vaxtı açıqlanıb
Güclü geomaqnit qasırğası olacaq
Kremldən Paşinyanın qələbəsinə reaksiya
İran XİN-in binasında güclü partlayış oldu
Azərbaycanda sabah yağış yağacaq
Məktəblərdə Tiktoka çıxış bloklandı
Azərbaycan bu Avropa ölkəsində səfirlik açır
Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı
Əhaliyə XƏBƏRDARLIQ - İyunun 10-na qədər...
Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
MM-də müzakirələr başladı
Paşinyan Azərbaycana çağırış etdi 