Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb. ONN media xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib. Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib. Paşinyana görə, orta müddətdə Ermənistandan misin ixracını qadağan etmək və əvəzinə misəritmə zavodları tikmək lazımdır. Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər qazanmalı və iş yerləri yaradılmalıdır. O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və misəritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladıb. Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının vacibliyini qeyd edib: "Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər". / "VirtualAz"
Paşinyandan Azərbaycanla bağlı ŞOK ÇAĞIRIŞ



Azərbaycandan bunu gözləyirik- PAŞİNYAN
Paşinyan: Sərhədləri açmalıyıq, amma...
Paşinyandan əhaliyə ŞOK ÇAĞIRIŞ - Hər kəs SİLAHLANSIN
Paşinyan sərhədimizi pozmasın deyə, görün nə etdi
Paşinyandan SENSASİON SÖZLƏR: Kim deyirsə ki, Azərbaycanla Ermənistan...
Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Rusiya Paşinyanın yerinə bu milyarderi gətirir - DƏYİŞİKLİK
Paşinyan Mehrini Azərbaycana verib ki... - SENSASİON AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 