Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır.
ONN media xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, Ramazan bayramı ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun bir şəkildə və ölkə daxili və xarici epidemioloji gərginliyi nəzərə alaraq bir sıra ölkələrdə bayram günlərində qapanmalara getmə planları var:
“Amma ölkəmiz üçün bunu dəyərləndirdiyimiz zaman, xüsusən son günlərdə alovun nisbətən sabitləşməsi, hətta düşüşə meyilliliyin artması, yoluxanlarla sağalanlar arasında nisbətin müsbət tendensiya tərəfə dönməsi kimi hallar ölkəmizdə bayram günlərində sərt karantin tətbiqi ilə bağlı qərarın alınmasına ehtiyac olmayacağını göstərir.
Bu gün qardaş Türkiyədə sərt qapanmaya getmək qərarının verilməsinin izahatını belə verə bilərəm ki, iki ölkə arasında əhalinin sayına görə 9-10 dəfə fərq olsa belə, günlük yoluxanların sayına baxdığımız zaman bizdəki yoluxma sayı ilə müqayisədə Türkiyədə 25-30 dəfə artıq yoluxma sayı görsənir. Ona görə də mən onu deyə bilərəm ki, Azərbaycanda günlük yoluxmaların sayı və gedişata baxdımız zaman biz epidemioloji vəziyyətə və xəstəxanalarda doluluq nisbətinə görə 2-3 dəfə daha yaxşı vəziyyətdə hesab oluna bilərik.
Bütün bunları nəzərə alaraq onu deyə bilərəm ki, vəziyyət bu şəkildə davam etdiyi müddətdə xüsusi sərt qapanma rejiminə və ya rejimin ağırlaşdırılmasına yəqin ki, ehtiyac olmayacaq”.



Bayramqabağı karantin SƏRTLƏŞDİRİLİR?
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
Azərbaycanda Yeni il tətili uzadılacaq? – AÇIQLAMA
Bayramda küçəyə çıxmaq qadağan ediləcək? - Rəsmi
Azərbaycanda sərt karantin rejimi uzadılacaq?
Fransada sərt karantin rejimi tətbiq edildi
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
Azərbaycanda dekabrın 31-də "sms icazə" sisteminin ləğv edilməsi ilə bağlı AÇIQLAMA
Sərt karantin rejimi bu bölgələrdə tətbiq olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 