Xalq artisti Rasim Balayevin səhhəti normallaşıb.
ONN media xəbər verir ki, bu barədə R.Balayev özü məlumat verib.
Bu ilin martında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:
"Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq".
Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.
Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.



Rasim Balayev müalicə üçün Türkiyəyə gedir
Rasim Balayevin səhhətindən xəbər var
Rasim Balayev xəstəxanaya yerləşdirildi
Rasim Balayevin səhhəti pisləşdi
Xalq artisti əməliyyat olundu
Arif Babayev vəziyyəti necədir? - AÇIQLAMA
Xalq artistinin səhhəti AĞIRLAŞDI - Reanimasiyadadır
Rasim Balayevin səhhəti yenidən PİSLƏŞDİ
Xalq artistinin oğlunda şiş aşkarlandı
Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 