Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib.
ONN media xəbər verir ki, bu barədə APA-ya xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, atası dünyasını dəyişəndən bir neçə gün sonra ailə abidənin hazırlanması üçün Mədəniyyət Nazirliyinə müraciət edib.
“Atamın vəsiyyəti belə idi ki, anamın yanında – ailə qəbiristanlığında dəfn olunsun. Hətta atamın vəziyyəti ağır olanda bu barədə nazirliyə məlumat vermişdim. Sonradan bizə bildirdilər ki, atam Fəxri xiyabanda dəfn olunmadığı üçün qəbirüstü abidəni hazırlaya bilməzlər”, – deyə xalq artistinin qızı əlavə edib.
Qeyd edək ki, xalq artisti bu ilin mart ayında vəfat edib.
***
Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun ailəsinin şikayətlərinə aydınlıq gətirib.
Nazirilikdən bilidirib ki, qurumum fəaliyyəti “Mədəniyyət haqqında” Qanun və digər müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.
“Qəbirüstü abidələrin hazırlanması və quraşdırılması məsələləri Mədəniyyət Nazirliyinin səlahiyyət dairəsinə daxil deyil və bu istiqamətdə qərarlar, adətən, ailə üzvlərinin təşəbbüsü ilə həyata keçirilir. Bununla belə, Nazirlik Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və digər müvafiq qurumlarla birgə mümkün dəstək imkanlarının tapılması istiqamətində də çalışır”, - cavabda bildirilib.
Qeyd edilib ki, xalq artisti Ənvər Həsənovun səhhətinin ağır olduğu dövrdə nazirlik onun vəziyyətini daim diqqətdə saxlayıb, müalicə prosesinə mümkün dəstəyi göstərib:
“Sənətkarın vəfatından sonra da nazirlik onun xatirəsinin yad edilməsi tədbirlərinə, həmçinin ailəsinə mənəvi və təşkilati dəstəyini nümayiş etdirib.
Mədəniyyət Nazirliyi xalq artisti Ənvər Həsənovun zəngin yaradıcılıq irsini yüksək qiymətləndirir, onun Azərbaycan mədəniyyətində dərin iz qoyan fəaliyyətini böyük ehtiramla xatırlayır və sənətkarın xatirəsinin yaşadılmasına yönəlmiş təşəbbüsləri səlahiyyətləri çərçivəsində gələcəkdə də dəstəkləməyə hazırdır
Nazirlik xalq artistinin şikayətinə aydınlıq gətirdi



Mədəniyyət Nazirliyi Xalq artistinin vəfatı ilə əlaqədar nekroloq yaydı
Xalq artistinin son durumu necədir?
Arif Babayevdən YENİ XƏBƏR VAR
Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşdi
Xalq artistinin oğlunun dəfn görüntüləri - VİDEO
Xalq artistinin son durumu açıqlandı
Xalq artistinin səhhəti ilə bağlı SON DURUM
Xalq artistinin səhhəti AĞIRLAŞDI - Reanimasiyadadır
Musa Yaqub harada dəfn olunacaq? - Ailəsindən AÇIQLAMA
Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Mərkəzi Klinikaya köçürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 