Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Təbrik məktubu bu gün festivalın təntənəli açılış mərasimində oxunub.
ONN media xəbər verir ki, təbrik məktubunda qeyd edilir ki, Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçıları və qonaqlarını qəbul edir: “Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Rəşid Bebudov, Bülbül kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən bizə qədər gəlib çatıb. Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranmış və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun “musiqi paytaxtı” qeyri-rəsmi adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilib. Qəbələ festivalı onlar arasında xüsusi yeri tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən olan, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixi və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir. Əminliklə deyə bilərik ki, ötən illər ərzində biz bir çox uğurlar qazanmışıq”.
Məktubda əlavə olunub ki, Qəbələ festivalı Azərbaycanın və bütün cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoymuş, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub: “Klassik musiqi peşəkarları və pərəstişakarları arasında onun nüfuzu getdikcə artır. Hər il festivalın səhnəsinə dünyanın tanınmış ifaçıları və kollektivləri çıxır. Bizim qədim Qəbələ bu sənəti sevənlərin – musiqiçilərin, tamaşaçıların və tənqidilərin ən sevimli görüş yerinə çevrilib. Burada yaradıcılıq birliyi və qarşılıqlı anlaşma üçün inanılmaz dərəcədə isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən və müxtəlif qitələrdən ifaçı və kollektivlərin iştirak etdiyi bu möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni sərvətləri ilə tanış etmir. O həm də müxtəlif ölkələri təmsil edən musiqilər arasında dostluq münasibətləri və əlaqələrin qurulması üçün gözəl imkanlar yaradır. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə öz töhfəsini verir.
Biz hər zaman qonaqları qarşılamağa şadıq. Qəbələ Beynəlxalq Musiqi Festivalının ildən ilə öz coğrafiyasını genişləndirməsi dünyanın bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının sayının artması bunun bariz nümunəsidir. Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını bir daha nümayiş etdirəcək. Bu günlərdə bizi olduqca maraqlı və zəngin festival proqramı gözləyir. Festivalın səhnəsinə həm məşhur ulduzlar, həm də gənc musiqiçlər çıxacaq. Əminəm ki, onuncu yubiley Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni həyatın mühüm səhifəsinə çevriləcək, bizə bir çox maraqlı görüşlər və xoş təəssüratlar bəxş edəcək”.



Mehriban Əliyevadan Musiqi Günü ilə bağlı paylaşım
İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalının açılışında
Şuşada Milli Musiqi Günü keçirildi
Bakı Musiqi Akademiyasının yubileyi keçiriləcək
Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb
Muğam Mərkəzində musiqi festivalı keçiriləcək
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Ağalarov: “Jara-2020” beş gün davam edəcək
Mehriban Əliyeva Türkiyəni təbrik etdi
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Ölkədə Milli musiqi günü qeyd olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 