ONN media xəbər verir ki, yanvarın 6-da düz 25 il əvvəl 1-ci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz əməliyyatı keçirilib.
Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 6 yanvar tarixinə kimi davam edib. Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum ediblər.
Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyiblər. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəldi.
Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.
Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış ayında keçirdiyi ən uğurlu əməliyyat olub.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
Horadizi ermənilərdən azad edən Milli ordunun komandirlərindən biri, “qara polkovnik” kimi tanınan mərhum Fətullah Hüseynov tərəfindən endirilərək cırılan erməni bayrağı daha sonra Azərbaycan əsgərləri tərəfindən ayaqqabı silmək üçün adi əski parçasına çevrilir. Və İran Respublikası ilə işğaldan azad edilən Dövlət sərhəddində Azərbaycan Respublikasının Dövlət Bayrağı əsgər salamı ilə göylərə qaldırılır.
Fəridə Qafarqızı



Sentyabrın 27-də azad olunan ərazilər - SİYAHI
Zakir Həsənov işğaldan azad edilən kəndlərdən danışdı
Azərbaycan Ordusu daha bir kəndi işğaldan azad etdi - SON DƏQİQƏ
İranla sərhəddin tam nəzarətə götürülməsindən 2 il ötür
Bu günə qədər işğaldan azad olunmuş ərazilər - SİYAHI
Vətən müharibəsi xronikası- 21 oktyabr
Bu rayonlarda qaz olmayacaq
Cəbrayıl və Füzuli rayonlarının işğalından 27 il ötür
Horadiz kəndinin yeni görüntüsü - VİDEO
Xankəndidə HƏYƏCAN SİQNALI verildi
Zod-Kəlbəcər yolu bağlandı – Ermənilər QORXU İÇİNDƏ
Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 