ONN media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev bununla əlaqədar sürücülərə xəbərdarlqı edib. Qurum rəsmisi bildirib ki, ehtiyatlı olsunlar.
“Yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri tövsiyə olunur”, - deyə qurum rəsmisi bildirib.
Polis polkovnik-leytenantı onu da qeyd edib ki, sürücülər nasaz avtomobillərlə yola çıxmasınlar:
“Bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri,
idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.
Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların,
habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər”.
Sonda şöbə rəisi bildirib ki, həmin günlərdə imkan dərəcəsindən şəxsi avtomobillərdən az istifadə edilsin:
“Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur”. (Baku.ws)



Yol polisindən sürücülərə MÜRACİƏT
Yol polisindən sürücülərə VACİB MÜRACİƏT
Yol polisindən sürücülərə xəbərdarlıq
Polisdən XƏBƏRDARLIQ
DYP-dən sürücülərə HAVA XƏBƏRDARLIĞI
DYP-dən qarlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
DYP-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
DYP sürücülərə müraciət etdi
Sürücü və piyadalara XƏBƏRDARLIQ
DYP küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Hava ilə bağlı DYP-dan XƏBƏRDARLIQ
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 